“Crocus Construction” MMC Nəqliyyat və Texnikaya nəzarət departamentinin rəhbəri vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
- Texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi;
- Nəqliyyat vasitələrinin işə saz vəziyyətdə buraxılmasını təmin etmək;
- İş vaxtı baş vermiş texniki çatışmamazlıqları aradan qaldırmaq;
- Yanacaq sərfiyyatına nəzarət etmək;
- Anbardan çıxan ehtiyyat hissələrinə nəzarət etmək;
- Nəqliyyat vasitələrinin texniki xidmətlərin və cari təmirin təşkil edilməsi;
- Nəqliyyat və texnikanın texniki istismar, texniki təhlükəsizlik və yol hərəkatı qaydalrına riayət edilməsinə nəzarət etmək;
- Texnikaların təmiri üçün ehtiyat hissələrinin alınması, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün tələbin müəyyən olunması və tələbnamələrin hazırlanması;
- Nəqliyyat vasitələrinin sənədləşmə işlərini həyata keçirmək;
- Nəqliyyat vasitələrinin texniki vəziyyətinə görə məsuliyyət daşımaq;
- Mütəmadi olaraq nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsini təmin etmək;
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərin hazırlanması, onların tətbiq olunması;
- Texnikanın sahələr üzrə düzgün bölüşdürülməsinə nəzarət etmək.
- Texnikanın ərazilər arası lazım olduğu təqdirdə yerdəyişməsini təmin etmək.
- İşlərin fasiləsiz davam etməsi üçün daim sahə rəisləri ilə əlaqədə olmaq , onlardan alınan sifarişlərin opirativ qaydada həllinə nail olmaq.
- Ərazidə olan texnikalara gündəlik nəzarət etməklə lazımsız , artıq texnikanın ərazidən cıxarılmasına təmin etmək.
- Tabeçiliyində olan işçilərə rəhbərlik etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə təcrübə;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- İşində ciddi, diqqətli və məsuliyyətli;
İş yeri:
- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı: I-VI günlər, 09:00-18:00, şənbə gün qısa iş günü
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: [email protected]