C.Q PARTNERS MMC
Baş mühasib
Son tarix 13 apr 2023 - [email protected]
Öhdəliklər:
- Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edir
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edir.
- Bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu təşkil edir
- Mal - material uçotu, anbar qalığı, aylıq inventarizasiyanın aparılması
- Əsas vəsaitlərin, azqiymətlilərin uçotu və amortizasiyası
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir
- Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təşkil edir
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir
- Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi
- E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Daxili hesabatların hazırlanması və təqdim olunması
- Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
- ƏDV ilə işləmə bacarığı
- Bəyannamələrin hazırlanması və göndərilməsi
- Maliyyə hesabatlarının tərtib edilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: 1200-1500 manat
Tələb olunan:
- Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
- Analoji sahə üzrə 3 il və ya daha çox iş təcrübəsi
- Yaş həddi: 25 - 40 yaş
- Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
- Vergi məcəlləsini bilməli
- Məsuliyyətli və işində dəqiq
- Komandada işləmək bacarığı.