Courtyard by Marriott Baku
Qonaq qəbulu üzrə nəzarətçi
Son tarix 13 dek 2024 - [email protected]
Şöbə: Qonaq qəbulu şöbəsi
Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303
İşin təsviri:
- Qeydiyyat şöbəsinin bütün əməkdaşlarının hər zaman eksklüziv qonaq xidmətləri göstərmələrini təmin etmək.
- Qeydiyyat şöbəsinin əməkdaşlarının müvafiq hallarda daxili müştərilərə də mükəmməl xidmətlər göstərmələrini təmin etmək.
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onları başa çatdırmaq.
- Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq.
- Biznesin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın yerinə yetirilməsidən istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək
- Müəyyən edilmiş əməliyyat konsepsiyası bəyanatına müvafiq olaraq daim nəzakətli, peşəkar, effektiv və çevik xidmətləri təmin etməklə, şöbənin səmərəli şəkildə idarə edilməsində Qonaqların qəbulu şöbəsinin rəhbər işçilərinə kömək etmək.
- Qiymət strukturu və mövcud kampaniya qiymətlərini anlamaq.
- İstehlak auditinin nəticələrinə cavab vermək və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək.
- Qeydiyyat şöbəsinin bütün işçilərinin hər zaman punktual qaydada müvafiq uniforma geyinmələri, xarici görünüş, habelə gigiyena ilə bağlı ən yüksək standartları qoruyub saxlamaları və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmələrini təmin etmək.
- Təlimçilərlə birlikdə Qeydiyyat qəbulu şöbəsinin bütün işçiləri üçün effektiv təlim proqramlarının planlaşdırılması və icrasında kömək etmək.
- Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün informasiya mübadiləsi prosesini düzgün qurmaq və növbəni vaxtında qəbul etmək.
Namizədə olan tələblər
- Qonaq qəbulu üzrə nəzarətçi kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
- Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
- Azərbaycan, İngilis və Rus dillərin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
- Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Front Office Supervisor” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.