Courtyard by Marriott Baku
Gəlirlər üzrə Auditor
Son tarix 21 iyl 2024 - [email protected]
Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303
İşin təsviri:
- Mehmanxananın bütün gündəlik nağd ödəniş çeklərinin qəbulu.
- Mehmanxananın Gündəlik Kassa (Nağd hesablaşmalar) Hesabatının hazırlanması.
- Mehmanxana ehtiyacları üçün kiçik məbləğli ödənişlərin düzgün yerinə yetirilməsinə nəzarəti təşkil etmək və təsdiqedici sənədlərlə birlikdə hesabatını hazırlayıb təqdim etmək.
- Şöbələrin Gündəlik Kassa və Nağd hesablaşmalarının fiziki auditini təşkil etmək.
- Opera və Micros sistemləri arasında bütün nəğd ödənişlərinin düzgün qeydiyyatını və nəzarətini təşkil etmək, fərqlərin olduğu aşkarlanarsa vaxtında düzəlişlərin edilməsini təmin etmək.
Namizədə olan tələblər:
- Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil.
- 1-2 il iş təcrübəsinə malik olmaq.
- Micros, Opera və MC proqramlarını yaxşı səviyyədə bilmək.
- Analitik düşüncəyə malik olmaq.
- Azərbaycan və İngilis dillərinin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq.
- Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Income Auditor” qeyd edərək CV-lərini elektron ünvanına 20.07.2024-cü il tarixinədək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.