Corn Processing Company
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Son tarix 10 apr 2024 [email protected]
İş yeri: Oğuz şəhəri
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
Tabeçilik: Keyfiyyətə Nəzarət və Laboratoriya şöbəsinin müdirinə
İşin təsviri:
- İstehsal olunan məhsulların qablaşdırılması, yüklənməsi və daşınmasına nəzarət edilməsi;
- Ümumi keyfiyyət sisteminin yaradılması və tətbiqinə nəzarət etmək;
- Keyfiyyətə Nəzarət Planının hazırlanması;
- Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
- Müəssisədaxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Keyfiyyət idarəetmə sisteminə aid olan prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrinin hazırlanmasına, onların vaxtında və düzgün şəkildə tətbiq olunmasına nəzarət etmək;
- Sınaq laboratoriyasında aşkar edilmiş uyğunsuzluqlarla bağlı düzəlişedici və qabaqlayıcı fəaliyyət hesabatlarının son vəziyyətlərini izləmək və edilən dəyişiklikləri yoxlamaq.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə Ali təhsil;
- Sahə üzrə minimum 1 - 3 il iş təcrübəsi;
- MS Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səlis danışıq .
Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini e-mail ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin.)
Laboratoriya bölməsinin müdiri
Son tarix 10 apr 2024 [email protected]
İş yeri: Oğuz şəhəri
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir
Tabeçilik: Keyfiyyətə Nəzarət və Laboratoriya şöbəsinin müdirinə
İşin təsviri:
- Tabeçiliyində olan işçi heyətinə nəzarət etmək, onların fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək;
- Digər struktur bölmələri ilə laboratoriyanın fəaliyyətini koordinasiya etmək, onların işdə qarşılıqlı əlaqəsini təmin etmək;
- Laboratoriya işçilərinin işinə müntəzəm nəzarəti həyata keçirmək;
- Laboratoriya işçilərinə rüblük, yarımillik və illik verilmiş öhdəlikləri təhlil etmək, iş barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
- Laboratoriyanın işçilərinin peşə ixtisaslarının artırılmasına imkan yaratmaq, onları maarifləndirmək;
- İşlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, mütəmadi olaraq öz ixtisasını artırmaq və müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək;
- Laboratoriyanın maddi - texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrlarla təmin olunması, kadrların seçilib yerləşdirilməsi, onların vəzifə bölgüsünün, iş planlarının hazırlanmasını təşkil etmək;
- İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı dialoqlarda iştirak etmək;
- Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları araşdırmaq və aradan qaldırılmasında iştirak etmək;
- İstehsalat bölmələrinin və avadanlıqlarının düzgün yuyulmasına, yuyucu və dezinfeksiyaedici vasitələrin normaya uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə Ali təhsil
- Sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
- MS Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səlis danışıq .
Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini e-mail ünvanına göndərə bilərlər.
(CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin.)
Texnoloq (qida sənayesi)
Son tarix 10 apr 2024 [email protected]
İş yeri: Oğuz, Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi.
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: : Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
Tabeçilik: Rəhbərlik.
İşin təsviri:
- İstehsalat prosesi zamanı texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün prosesə nəzarət etmək;
- İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı əməkdaşlıq etmək;
- İstehsalat dayanmalarını analiz etmək, boş dayanmaların, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasını həyata keçirmək;
- İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək;
- İstehsalatın planlaşdırılması, vaxt normalarının yaxşılaşdırılması, iş yerinin müasirləşdirilməsi və optimallaşdırılması, əmək məhsuldarlığının yüksəldilməsi üçün vəzifə səlahiyyətlərindən irəli gələn işləri düzgün və vaxtında həyata keçirmək;
- Eyni məhsul istehsalçılarının qabaqcıl təcrübələrindən istifadə edərək yeni metodların işlənilməsini təmin etmək;
- Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları araşdırmaq və aradan qaldırılmasında iştirak etmək;
- Qəza vəziyyətləri zamanı görüləcək tədbirlər planını müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;
- İstehsalat sexinin və avadanlıqlarının düzgün yuyulmasına, yuyucu və dezinfeksiya edici vasitələrin normaya uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;
- İş alətləri və avadanlıqlardan, iş geyimləri və Fərdi Mühafizə Vasitələrindən səliqəli və düzgün istifadə edilməsinə nəzarət etmək;
- İstehsal dayandıqda, iş rejimi pozulduqda, keyfiyyətsiz məhsul istehsal edildikdə, texniki təhlükəsizlik qaydaları və istehsalatda sanitariya normaları pozulduqda dərhal tabe olduğu rəhbərini məlumatlandırmaq;
Namizədə dair tələblər:
- Ali texniki təhsil (qida məhsullarının emalı);
- Sahə üzrə minimum 3 - 5 il iş təcrübəsi;
- MS Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səlis danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);
Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini e-mail ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)