Corn Processing Company
İnzibati işlər üzrə kiçik mütəxəssis
Son tarix 16 yan 2023 - [email protected]
İş yeri: Bakı şəhəri
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: 500 - AZN – dən başlayaraq
Tabeçilik: İnsan Resursları və İnzibati şöbənin müdirinə
İşin təsviri:
- Kargüzarlıq işini təşkil etmək;
- İşçilərin şəxsi işlərini tərtib etmək;
- Şirkət daxili prosedur və qaydaların hazırlanmasında iştirak etmək;
- Şəxsi işlərin arxivini aparmaq;
- Miqrasiya sənədlərinin hazırlanması, iş və yaşama icazələrinin alınması;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və nöqsan və uyğunsuzluqlar barədə rəhbərinə hesabat verir;
- Korporativ taksi və kuryer şirkətləri ilə əlaqə saxlayıb sifarişlərin verilməsi;
- Xaric olunan məktubların hazırlanması, nömrələnməsi, qeydiyyata alınması və göndərilməsi;
- Mədəni-kütləvi və digər tədbirlərin hazırlanması və keçirilməsinə yardım göstərmək;
- Cəmiyyətin inzibati ofisində arxiv işinin təşkil edərək aparmaq;
- Şirkətə daxil olan məktub, şikayət və ərizələrə baxılması və müvafiq tədbirlərin görülməsi, inzibati və təsərrüfatçılıq sahəsində təşkilatın rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirmək
- Dövlət orqanlarından təşkilata daxil olan fərman, qərar və sərəncamların qeydiyyatını və uçotunu, onların rəhbərliyə və departamentlərə çatdırılmasını təmin etmək;
- Cəmiyyətin daxilində və xaricində zəruri sənədlərin saxlanılmasını, çatdırılmasını və daşınmasını təşkil etmək;
- Cəmiyyətin daxil olmuş, habelə icrası zəruri olan sənədlərin icra olunmasına uçot-nəzarət işini təşkil etmək;
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;
Namizədə dair tələblər:
- Ali təhsil;
- Sahə üzrə iş təcrübəsi arzuolunandır;
- MS Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səliş danışıq, Rus dili və İngilis dili.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)
Laboratoriya bölməsinin müdiri
Son tarix 16 yan 2023 - [email protected]
İş yeri: Oğuz şəhəri
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: 700 AZN-dən başlayaraq
Tabeçilik: Keyfiyyətə Nəzarət və Laboratoriya bölməsinin müdirinə
İşin təsviri:
- Tabeçiliyində olan işçi heyətinə nəzarət etmək, onların fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək;
- Digər struktur bölmələri ilə laboratoriyanın fəaliyyətini koordinasiya etmək, onların işdə qarşılıqlı əlaqəsini təmin etmək;
- Laboratoriya işçilərinin işinə müntəzəm nəzarəti həyata keçirmək;
- Laboratoriya işçilərinə rüblük, yarımillik və illik verilmiş öhdəlikləri təhlil etmək, iş barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
- Laboratoriyanın işçilərinin peşə ixtisaslarının artırılmasına imkan yaratmaq, onları maarifləndirmək;
- İşlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, mütamadi olaraq öz ixtisasını artırmaq və müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək;
- Laboratoriyanın maddi - texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrlarla təmin olunması, kadrların seçilib yerləşdirilməsi, onların vəzifə bölgüsünün, iş planlarının hazırlanmasını təşkil etmək;
- İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı dialoqlarda iştirak etmək;
- Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları araşdırmaq və aradan qaldırılmasında iştirak etmək;
- İstehsalat bölmələrinin və avadanlıqlarının düzgün yuyulmasına, yuyucu və dezinfeksiya edici vasitələrin normaya uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə Ali təhsil
- Sahə üzrə minimum 1 il 3 il iş təcrübəsi;
- MS Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səlis danışıq .
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)