Coffeemania
Baş aşpaz
Son tarix 15 sen 2025 - [email protected]
Vəzifə və məsuliyyətlər:
- Qida əlavələrinin və qəlyanaltılarının müxtəlif növlərinin hazırlanması.
- Menyuda yer alan məhsulların resepturalarının hazırlanmasını təmin etmək.
- Mətbəxin təmizliyinə və gigiyena vəziyyətinə nəzarət etmək.
- Mətbəx üçün lazım olan mal və materialların siyahısını hazırlamaq və onların alınmasını təmin etmək.
- Mal-materialların təhvil-təslim işlərini aparmaq və stok vəziyyəti barədə rəhbərliyə məlumat vermək.
- Əməyin mühafizəsi, təhlükəsizliyi, sanitar-gigiyena və yanğından mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara tam əməl etmək.
- İş zamanı özünün və digər işçilərin təhlükəsizliyini təmin etmək, həyati təhlükəli mənbələrdə şəxsi icazə olmadan iş görməmək.
- Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, əməyin mühafizəsi üzrə normalar və qaydalara uyğun olaraq fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək.
- Komandanın iş çərçivəsində, verilən tapşırıqlara riayət etməsini təmin etmək.
- Alınmış ərzaqların qəbulu zamanı onların keyfiyyətini, istifadə tarixini, tərkibini, dadının standartlara uyğun olmasını, kəsim formasını, ölçüsünün düzgün olmasını yoxlamaq;
- Milli və xarici mətbəx haqqında məlumat, təcrübəyə sahib olmaq.
Namizədə tələblər:
- Təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq.
- İş vaxtı təmiz və nizamlı görünmək.
- Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı.
- Stressə davalı olmaq.
- Aşpazlıq və ya qida xidməti sahəsində ən azı 2 il iş təcrübəsi.
- Sanitar-gigiyena və əməyin mühafizəsi qaydaları barədə dərin bilik.
- Qida təhlükəsizliyi standartları və normalarını bilmə və tətbiq etmə bacarığı.
- Təşkilatçılıq və idarəetmə bacarığı, komanda ilə işləmək qabiliyyəti.
- Yüksək məsuliyyət və diqqətlilik.
Şərtlər:
- Is günü/saati – Növbəli is qrafiki.
- İstirahət – həftədə 1 gün,
- Restoran Əhmədli metro stansiyasına yaxın yerləşir.
- Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq,
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
CV (anket)-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Barista
Son tarix 15 sen 2025 - [email protected]
Tələblər:
- İsti və soyuq içkilərin hazırlanması.
- Müştəri sifarişlərinin qəbulu, təkliflərin verilməsi və sifarişlərin düzgünlüyünün təmin edilməsi.
- Həftə sonları və bayram günləri daxil olmaqla, müxtəlif növbələrdə işləmək imkanı.
- Qida təhlükəsizliyi və gigiyena praktikaları barədə biliklər.
- Pozitiv yanaşma, mehriban davranış və mükəmməl müştəri xidməti göstərmək həvəsi.
- Brendin standartlarına və reseptlərinə uyğun içkiləri hazırlayıb və müştərilərə təqdim edilməsi.
Namizədə tələblər:
- Təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq,
- İş vaxtı təmiz və nizamlı görünmək,
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
- Sanitar-gigiyena və əməyin mühafizəsi qaydaları barədə dərin bilik.
- Yüksək məsuliyyət və diqqətlilik.
- Yüksək kommunikasiya və insanlarla ünsiyyət qurma bacarığı.
Şərtlər:
- Is günü/saati – Növbəli is qrafiki.
- İstirahət – həftədə 1 gün,
- Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq,
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
CV (anket)-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Briqada üzvü
Son tarix 15 sen 2025 - [email protected]
Vəzifə və məsuliyyətlər:
- Kassa əməliyyatlarının yerinə yetirilməsi;
- Qonaqların qarşılanması və yola salınması;
- Mətbəxdə məhsulların hazırlanması;
- Məhsulların keyfiyyətinə nəzarət;
- İş stansiyasının təmizliyinə nəzarət;
- Xarici görünüş standartlarına əməl edilməsi.
Namizədə tələblər:
- Müvafiq sahədə 1 il təcrübə,
- Təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq,
- İş vaxtı təmiz və nizamlı görünmək,
- Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı,