Coffeemania
İnsan Resursları üzrə Mütəxəssis (HR)
Son tarix 27 iyl 2025 - [email protected]
İş yeri: Bakı şəhəri Nərimanov rayonu Zaur Nudirəliyev 79
Vəzifə öhdəlikləri
- İşçilərin şəxsi işlərini formalaşdırılması;
- Kadr sənədlərinin qanunvericiliyə uyğun tam və düzgün aparılması;
- Məzuniyyət qrafikini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- Əmrlərin (işə qəbul, xitam, məzuniyyət və s.) hazırlanması və qeydiyyatının aparılması;
- DSMF və statistik hesabatların tərtibi;
- Ştat cədvəlinin və əməkhaqqı qaydalarının hazırlanması;
- İş vaxtının uçotu və maaş sənədlərinin mühasibatlığa təqdim edilməsi;
- Vəzifə təlimatların hazırlanması
- İşçi axtarışı və ilkin müsahibələrin keçirilməsi
- CV-lərin analiz edilməsi və uyğun namizədlərin seçilməsi
Tələblər
- İnsan Resursları sahəsində 2-3 il təcrübə
- Ali təhsil
- Yüksək səviyyədə AR Əmək məcəlləsi bilikləri;
- Excel proqramında sərbəst işləmək bacarığı;
- Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
Biz sizə nə təklif edirik?
- Gənc və pozitiv komandada işləmək imkanı
- 6/1 qrafik; (Şənbə qısa iş günü)
- Əmək haqqı:Müsahibə əsasında təyin olunacaq.
Müraciət üçün:
- CV-lərinizi mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.