Azerbaijan Coca - Cola Bottlers
Laboratoriya operatoru
Son tarix 23 fev 2025 - [email protected]
Biz Təchizat Sistemləri komandamızın bir hissəsi olmaq üçün Laboratoriya operatoru axtarırıq.
İş yeri – Bakı şəhəri
Vəzifə təlimatları:
- Xətti başlatmaq və başlanğıc analizləri prosedura uyğun olaraq vaxtında həyata keçirmək.
- Prosedura uyğun istehsal sahələrindən məhsul, su , sirop və qaz nümunələrini götürüb və fabrika laboratoriyalarında analizlərini etmək.
- Keyfiyyət planlarının yerinə yetirilməsinə cavabdeh olmaq.
- Analizlər haqqında qeydlər aparmaq,qeydləri analiz edib və xəttə müdaxilə etmək.
- Xammal giriş kontrolu və analizləri aparmaq.
- Təmir və digər əlaqədar servis işlərinin yerinə yetirilməsində texniki qrupun tərkibində iştirak etmək və avadanlıqlarda müvafiq yoxlamalar aparmaq.
- Qida təhlükəsizliyi ilə bağlı bütün problemlər barədə cavabdeh şəxslərə məlumat vermək.
- Problemləri müəyyən etmək və növbə rəisinə hesabat vermək, uyğunsuzluq vəziyyətini qeyd etmək, düzəldici/önləyici fəaliyyətləri təqib etmək.
Tələblər:
- İstehsal sahəsində minimum 1 il iş təcrübəsi
- Müvafiq sahə üzrə Bakalavr təhsili
- MC Office bilikləri
- Komandada işləmə bacarığı
- Ünsiyyət bacarığı
- Kimyəvi-bioloji analizinin keçirilməsi üzrə praktiki biliklər
- Steril şəraitdə işləmə bacarığı
- Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı
Coca-Cola İçecek daim şirkətdaxili müxtəlifliyi dəstəkləyir. Burada bütün işə müraciət edənlər üçün onların irqinə, cinsinə, dəri rənginə, milli və ya sosial mənşəyinə, etnik mənsubiyyətinə, dininə, yaşına, sağlamlıq və ailə vəziyyətinə, cinsi oriyentasiyasına, cinsiyyət ifadəsinə və ya siyasi fikrinə və s. görə ayrı-seçkilik edilmədən bərabər imkanlar yaradılır.
Anbardar
Son tarix 23 fev 2025 [email protected]
Biz Təchizat Sistemləri komandamızın bir hissəsi olmaq üçün Anbardar axtarırıq.
İş yeri – Bakı şəhəri
Vəzifə təlimatları:
- Yığılmış qarışıq paletlərin düzgün yığılmasına nəzarət etmək.
- Anbarların təmizliyinə nəzarət etmək və tələblərə uyğun metodlardan istifadə etmək.
- İstehsal olunmuş məhsulların anbarda yerləşdirilməsinə nəzarət etmək.
- İdxal olunan məhsulların boşaldılmasına və yerləşdirilməsinə nəzarət etmək.
- Rayon maşınlarının vaxtında və düzgün şəkildə yüklənməsini təşkil etmək.
Tələblər:
- Bakalavr təhsili
- Minimum 1 il iş təcrübəsi
- İngilis dili: orta
- MS Office bilikləri
- Riyazi biliklər
- 1C, SAP proqramları bilikləri
- Komandada işləmə bacarığı
- Detallara diqqət etmək
- Ünsiyyət qurma bacarığı
Coca-Cola İçecek daim şirkətdaxili müxtəlifliyi dəstəkləyir. Burada bütün işə müraciət edənlər üçün onların irqinə, cinsinə, dəri rənginə, milli və ya sosial mənşəyinə, etnik mənsubiyyətinə, dininə, yaşına, sağlamlıq və ailə vəziyyətinə, cinsi oriyentasiyasına, cinsiyyət ifadəsinə və ya siyasi fikrinə və s. görə ayrı-seçkilik edilmədən bərabər imkanlar yaradılır.