City Park Mall
Sosial Media Marketinq mütəxəssisi
Son tarix 09 fev 2026 - [email protected]
İş yeri hansı şəhərdədir: Bakı şəhəri, Babək prospekti Ağ şəhər giriş 146, City Park Mall
Qeyd - Qida sektorunda təcrübəsi olan namizədlər müraciət edə bilərlər.
İş haqqında məlumat:
- Şirkətin sosial media strategiyasının hazırlanması və icrası
- Sosial media platformalarında (Facebook, Instagram, LinkedIn, TikTok və s.) gündəlik paylaşımların təşkili və planlaşdırılması
- Kreativ kontent (mətn, qrafika, video) hazırlanması üçün müvafiq bölmələrlə əməkdaşlıq
- Brend imicinin sosial mediada düzgün idarə olunması və qorunması
- Rəqiblərin fəaliyyətinin analiz edilməsi və uyğun təkliflərin verilməsi
- SMM trendlərinin, platforma yeniliklərinin və alqoritmlərin araşdırılması
Məsuliyyətlər:
- Sosial media platformalarında şirkətin imicinin qorunması və düzgün təmsil olunması
- Reklam büdcəsinin səmərəli idarə edilməsi və optimallaşdırılması
- Brendin tanıtımı məqsədilə kreativ yanaşmaların tətbiqi
- Məlumatların məxfiliyinin qorunması və daxili qaydalara əməl edilməsi
- Vaxtında hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Sosial media şikayətlərinin və müraciətlərinin operativ şəkildə yönləndirilməsi
Tələblər:
- Minimum 2 il sosial media marketinq sahəsində iş təcrübəsi
- Sosial media platformalarının (Facebook, Instagram, TikTok, LinkedIn və s.) funksionallığı və alqoritmləri haqqında məlumatlılıq
- Kreativ yanaşma və müasir trendləri izləmək bacarığı
- Vaxt idarəetmə və tapşırıqların vaxtında yerinə yetirilməsi bacarığı
- Grafik proqramlarla (Canva, Photoshop və s.) işləmə bacarığı üstünlük sayılır
İş şəraiti
- İş növü (birini seçin): Tam ştat, həftədə 5 iş günü, 2 gün istirahət.
- Nahar şirkət tərəfinən təmin olunur.
- Maaş aralığı: 900-1000 Azn (Bilik və bacarıqdan aslı olaraq dəyişə bilər)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Rəqəmsal marketinq üzrə bölmə müdiri
Son tarix 09 fev 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və icrası;
- Sosial media, SEO, e-mail marketinq, reklam kampaniyaları və digər rəqəmsal kanallar üzrə komandanın idarə olunması;
- Rəqəmsal kampaniyaların effektivliyinin izlənilməsi, təhlil və hesabatların hazırlanması;
- Marketinq büdcəsinin idarə olunması və xərclərin optimallaşdırılması;
- Yeni trendlərin izlənilməsi və şirkət üçün uyğun innovativ həllərin tətbiqi;
- Komanda üzvlərinin peşəkar inkişafının dəstəklənməsi və mentorluq edilməsi.
- İnfluenser marketinqin idarə olunması
- Araşdırma bacarığı və kreativ yanaşma
- A/B testlər vasitəsilə reklam effektivliyinin artırılması
- Rəqiblərin analiz edilməsi və trendlərin mütəmadi izlənilməsi
Tələblər:
- Marketinq, Biznes və ya əlaqəli sahədə ali təhsil;
- Rəqəmsal marketinq sahəsində minimum 3 illik iş təcrübəsi;
- SEO, Google Ads, Facebook/Instagram Ads, Linkedin Ads və digər rəqəmsal alətlər üzrə təcrübə;
- Analitik düşüncə və kampaniyaların nəticələrini təhlil etmək bacarığı;
- Komanda idarəetmə və liderlik qabiliyyəti;
- Azərbaycan sərbəst danışıq və qramatik cəhətdən düzgün yazı bacarığı.
Əlavə üstünlüklər:
- CRM və marketing automation platformalarında təcrübə;
- Kreativ yanaşma və strateji düşüncə qabiliyyəti.
Təklif edirik:
- Həftədə 5 iş günü.
- Şirkət tərəfinən nahar ilə təmin olunma.
- İş yeri: Baki, Ağ şəhər Babək pr., City Park Mall.
- Əmək haqqı: 1500-1800 AZN (Müsahibə zamanı təyin olunacaq)
Vakansiyanın tələblərinə uyğun olan namizədlər “Rəqəmsal marketinq üzrə bölmə müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə cv-lərini göndərə bilərlər.










