Lombard kreditləri üzrə kiçik mütəxəssis
“City finance” Bank Olmayan Kredit Təşkilatı MMC Lombard kreditləri üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
Kimlər müraciət edə bilər?
• 21-29 yaş aralığında gənclər
Hansı özəlliklərə malik olmalıdır?
• Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
• Yüksək səviyyədə riyazi biliklər və analitik qabiliyyət
• Yüksək ünsiyyət qurma və müştəriyönümlülük
• Komandada işləmək bacarığı
• MS Excel üzrə biliklər
Lombard kreditləri üzrə kiçik mütəxəssis nə iş görür?
• Müştərilərin lombard krediti şərtləri barədə məlumatlandırılması
• Zənglər vasitəsi ilə müştəri cəlb edilməsi
• Kredit üzrə müraciətlərin qəbul və analiz edilməsi
• Kreditləşmə üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi
Əlavə məlumat:
• Bazar ertəsi – Cümə: 09:30 – 18:30
• Şənbə: 10:00-14:00
• Əmək haqqı: 300 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Lombard kreditləri üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.