Chat-A-Chat
Sürücü- Ekspeditor
Son tarix 02 iyn 2023 - [email protected]
Öhdəliklər:
- Təqdim olunan sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
- Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
- Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək, nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirtmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
- Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
- Satışa buraxılan məhsulu Cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtında çatdırmaqda ekspeditora kömək etmək və lazım olduqda bu işi təkbaşına icra etmək.
Vəzifəyə aid qoyulan tələblər:
- Təhsil: orta təhsil;
- Təcrübə: 3 illik iş təcrübəsi;
- Yaş: 28 – 50 ;
- Sürücülük vəsiqəsi: BC
Digər məlumatlar
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş rejim: 08:00-19:00/20:00.
- Müqavilə: AR Əmək Məcəlləsinin tələblərinə uyğun
- Əmək haqqı 450 manat + bonuslar.
Qeyd: Müştəri tərəfindən verilən bəxşişlər sürücü-ekspeditor və ekspeditor arasında bərabər bölünür.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Sürücü-ekspeditor” sözünü qeyd edərək e-ünvanına göndərsinlər.
Çağrı mərkəzinin operatoru
Son tarix 02 iyn 2023 - [email protected]
Vəzifəyə aid qoyulan tələblər:
- Təhsil: ali və ya orta təhsil;
- Təcrübə: 1 illik iş təcrübəsi;
- Yaş: 20 – 30 ;
- Cinsi: Qadın ;
Vəzifəyə aid qoyulan tələblər:
- Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- Vəzifə təlimatında qeyd edilən digər öhdəlikləri yerinə yetirmək.
Tələblər:
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli ( rus dili mütləqdir )
- Nitqi aydın və səlis olmalı
- Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
- Müştərilərlə ünsiyyət qurma bacarığı
- Məsuliyyətli, səbrli, stressə davamlı olmalı
- Microsoft Office proqramlarını bilməli
Əlavə məlumatlar:
- Əmək haqqı: 500 manat
- İş qrafiki: 5 günlük iş qrafiki 09:00-18:00-dək.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Çağrı mərkəzinin operatoru” sözünü qeyd edərək e-ünvanına göndərsinlər.