Caspian Tech QSC
Risklərin idarə edilməsi üzrə kiçik mütəxəssis
Son tarix 28 dek 2024 - [email protected]
Məsuliyyətlər:
- Kontentə nəzarət etmək, bütün hadisələrdə düzgün informasiyanın müştərilərə çatmasını təmin etmək.
- Canlı hadisələrin kontentinə nəzarət etmək, yarana biləcək problemləri bildirmək və sürətli müdaxilə etmək.
- Bazardakı hərəkətliliyi izləmək və qiymət fərqi ilə bağlı riskləri bildirmək.
- Real vaxt monitorinqi və məlumatların dəqiq idarə olunmasını təmin etmək.
- Məhsulun iş prinsiplərini başa düşərək, potensial riskləri müəyyənləşdirmək və uyğun strategiyalar hazırlamaq.
- Ehtiyac yarandıqca nəticələri dəyərləndirmək və onlarla bağlı hesabat hazırlamaq.
- Müştəri aktivliyini izləmək, bazar öhdəliklərini idarə etmək.
- Biznes proseslərini anlamaq və biznes ehtiyaclarına uyğun analizlər aparmaq.
- Texniki məlumatları və statistikanı nəzərə alaraq təhlil etmək və dəqiq qərarlar vermək.
Tələblər:
- Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Riyazi Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə).
- Statistik və ya riyazi modelləşdirmə sahəsində biliklər.
- Müxtəlif idman növlərinə yüksək maraq (əsasən futbol və basketbol).
- Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik biliklər.
- Məhsulun texniki xüsusiyyətlərini və bazar davranışını başa düşmək.
- Analitik təhlil etmə qabiliyyəti, biznes ehtiyaclarına uyğun uyğunlaşma bacarığı.
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili biliyi.
- Həftə sonları, axşamlar və bayram günləri daxil olmaqla çevik işləmək bacarığı.
- Məlumatların məxfiliyini qoruyub saxlamaq və düzgün idarə etmək bacarığı.
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığı, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.
- Nəticələrlə bağlı tələblərə uyğun hesabat hazırlamaq və təqdim etmək.
- Microsoft Office bilikləri (xüsusilə Excel, statistik və analitik funksiyalar üzrə).
- Texniki biliklərə sahib olmaqla məhsulu başa düşmək və effektiv şəkildə analiz etmək.
- Biznes ehtiyaclarına uyğun riskləri müəyyən edib, onların idarə olunması üçün təkliflər hazırlamaq.
İş Qrafiki:
- Növbəli iş rejimidir.
- Həftəlik 40 saat olmaqla gecə və axşam növbələri mövcuddur.