Caspian Tech QSC
Copywriter
"Azerbaijan Airlines" - AZAL - işçi axtarır - VAKANSİYA
Bu şirkətlər işçiər axtarır - MAAŞ 400-500-600-800-850-1000-1200 MANAT - 20 VAKANSİYA
Azərbaycan şirkəti işçilər axtarır - MAAŞ 750-1300-1400-1600-2500-4000 MANAT - VAKANSİYALAR
"Kila Group" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Zeytun Pharmaceuticals" işçi axtarır - MAAŞ 1500-1800 MANAT - VAKANSİYA
"Caspian Tech QSC" işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
"Dinçer&Carçıoğlu BM" işçilər axtarır - MAAŞ 1500-1800 MANAT - VAKANSİYALAR
"Xalq Sığorta" işçi axtarır - VAKANSİYA
Son tarix 10 iyl 2025 - [email protected]
Əgər sən kreativ yazını brendin strateji səsinə çevirməyi bacarırsansa, sözlərlə düşünür, vizualla işləyir və komanda ilə birlikdə fərq yaratmaq istəyirsənsə — səni axtarırıq!
Məsuliyyətlər:
- Brendin ümumi kommunikasiya dilini formalaşdırmaq və qorumaq;
- Kreativ kampaniyalar üçün konsept, sloqan və strateji məzmun hazırlamaq;
- Sosial media üçün məzmunların yazılması və uyğunlaşdırılması;
- Çəkiliş proseslərində iştirak: ideya, ssenari, brief və yaradıcı istiqamət vermək;
- Vizual komanda ilə sıx əməkdaşlıq və dizaynla kontent uyğunluğunu təmin etmək;
- Eyni anda bir neçə layihəni paralel şəkildə idarə etmək;
- Trendləri analiz etmək və innovativ məzmun yanaşmaları tətbiq etmək.
Tələblər:
- Copywriting sahəsində minimum 1 illik peşəkar təcrübə;
- Yaş həddi: 22-30
- Brend dili yaratmaq və qorumaq üzrə praktiki bacarıq;
- Kreativ kampaniyaların yazılı hissəsinin hazırlanmasında təcrübə;
- Foto/video çəkiliş üçün ideya və ssenari hazırlamaq bacarığı;
- Dizayn və video komandaları ilə sıx əməkdaşlıq təcrübəsi;
- Strateji düşüncə və təşkilatçılıq bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı ifadə (İngilis və Rus dili bilikləri üstünlükdür).
İş şəraiti:
- 5 günlük iş həftəsi, istirahət günü həftədə 2 gün;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı – 1000-1200 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.