Caspian Finance BOKT
Risklərin idarə edilməsi şöbəsinin kiçik mütəxəssisi
Son tarix 22 iyl 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Kredit qovluqlarının aparılması və saxlanılmasının təşkil olunması
- Kredit qovluqlarının yoxlanılması
- Kredit siyasətinə uyğun olaraq, kredit qovluqlarının, problemli kreditlərin idarə edilməsi və hüquq şöbələrinə verilməsi və qəbulunu həyata keçirilməsi
- Kreditləşmə ilə bağlı MKR-dən məlumatların alınması
- Kredit qovluqlarını ABS-dəki reyestr ilə tutuşdurulması və eyni zamanda kredit qovluqlarındakı sənədlərdə olan çatışmazlığı aşkarlayaraq, aradan qaldırılması üçün tədbirlər görülməsi
- Şübhəli əməliyyatlar üzərində nəzarəti təmin edəcək tədbirlərin görülməsi
- Şöbə müdirinin risklərin minimallaşdırılması ilə əlaqədar ona həvalə etdikləri digər vəzifələri həyata keçirilməsi
Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat, riyaziyyat və hüquq arzuolunandır)
- Yaş həddi: 25
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi və ya monitorinq vəzifəsində) ən azı 1 il iş stajının olmasına üstünlük verilir
- Azərbaycan dilini bilmək (ingilis və rus dilini bilmək arzuolunandır)
- Məsuliyyətli, təşəbbüskar və ünsiyyət qurma bacarığının olması
- Komandada işləmək bacarığı
- Nəzarət edə bilmə qabiliyyəti
- MS office proqramlarında sərbəst şəkildə işləyə bilmək
- Gərgin şəraitdə işləmək bacarığı
- Analitik düşünmə qabiliyyəti
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı
İş qrafiki: I – V günlər (09:00-18:00)
Ünvan: Bakı şəh., Nərimanov ray., Ə.Rəcəbli küç. 3, ev. 4
Qeyd: Vakansiya yalnız xanım namizədlər üçün nəzərdə tutulub