Caspian Cable Systems
Baş anbardar
Son tarix 08 may 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Anbar sahəsi üzrə xammal, hazır məhsul və digər vacib hesabatların hazırlanması, rəhbərliyə və lazım gələrsə, müvafiq şöbələrə göndərilməsi
- İstehsaldan çıxmış hazır məhsullarının sayılması, qaimələrinin yoxlanması və anbara qəbul edilməsinə nəzarət və rəhbərlik etmək
- Xammalın qaimə əsasında anbara qəbul edilməsinə nəzarət etmək
- Ərzaq məhsullarının və təsərrüfat məhsullarının gündəlik olaraq qaimələrlə uzalaşdırılıb qəbulunun həyata keçirilməsinə rəhbərlik və nəzarət etmək
- Hazır məhsulların müvafiq qaydada yığılması və yerləşdirilməsinə nəzarət və rəhbərlik ediilməsi
- Tabelikdə olan anbardar və anbardar köməkçisinin gündəlik iş bölgüsü və fəaliyyətinin səmərəli şəkildə koordinasiya edilməsi
- Anbardan çıxan hazır məhsulların qaimə əsasında təhvil verilməsi və maşınlara yüklənməsinin təmin edilməsinə nəzarət edilməsi, birbaşa cavabdehlik daşınması
- Anbar yerdəyişmə qaimələrinin mühasibatlıq şöbəsinə təhvil verilməsinin nəzarətdə saxlanması
- Anbarda daxil olan xammalın və anbardan çıxan hazır məhsulların qeydiyyatının aparılmasına nəzarət edilməsi
- Anbardan çıxan və anbara daxil olan təsərrüfat və ərzaq məhsullarının qedyiyyatını aparmaq və təhvil-təslimə nəzarət etmək
- Xammalın tələbə uyğun olaraq qaimə əsasında istehsala təhvil verilməsinin təşkili və ümumi prosesə nəzarət edilməsi
- Ayda 1 dəfə sayım prosesinin həyata keçirilməsini və mühasibatlıqla yoxlanılmasını nəzarətdə saxlamaq
- Saym zamanı ortaya çıxan problemlərin mühasibatlıqla birgə araşdırılması və həll edilməsi
- Barabanların qaimə əsasında qəbul edilməsi və qeydiyyatının aparılmasına nəzarət edilməsi
- Barabanların istehsal departamentinə təhvil verilməsinə nəzarət etmək
- Anbar qalığına nəzarət edilməsi
- Stok aut olan təsərrüfat mallarının təchizat şöbəsinə sifariş edilməsinə nəzarət edilməsi
- Stok aut olan xammalın istehsalatla razılaşdırdıqdan sonra təchizata sifariş edilməsinin təmin edilməsi və prosesə davamlı nəzarət edilməsi
- Stokun müəyyən edilməsinin satış bölməsi ilə vaxtaşırı müzakirə edilməsinə nəzarət edilməsi
- Rəhbər tərəfindən bu sahə üzrə tapşırılan digər işləri görmək
Təhsil tələbləri:
- Ali/iqtisadiyyat/maliyyə/logistika
Staja dair tələb:
- Ən azı 3-5 il
Peşə səriştələri:
- Effektiv ünsiyyət
- Operativlik
- Dəqiqlik
Kompüter biliklərinə dair tələblər:
- MS Office, 1C 8.3 ERP
Dil bilikləri:
- Azərbaycan dili
İş şərtləri:
- 5 günlük iş qrafiki/saat 08:00-dan 17:00-a qədər
- Əmək haqqı: 650-800 AZN
- İş yeri: Abşeron rayonu Qobu qəsəbəsi.
- Nahar və Servis Şirkət tərəfindən təmin olunur.
İşə qəbul zamanı Qobu və Güzdək ərazisində yaşayan namizədlərə daha üstünlük verilir. Maraqlanan namizədlər CV-lərini elektron ünvanına mövzu yerinə “Baş anbardar” yazaraq göndərə bilərlər.