Camal LTD
Nəqliyyat şöbə müdiri
Son tarix 08 avq 2026 - [email protected]
Vəzifə öhdəlikləri;
- Nəqliyyat vasitələrinin səmərəli və fasiləsiz istismarının təmin edilməsi;
- Sürücülərin iş qrafikinin hazırlanması və fəaliyyətinə nəzarət;
- Avtomobillərin texniki baxış, təmir və servis proseslərinin koordinasiyası;
- Yanacaq sərfiyyatına, yürüş göstəricilərinə və nəqliyyat xərclərinə nəzarət;
- Nəqliyyat vasitələri ilə bağlı sənədləşmə və hesabatların hazırlanması;
- Yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət;
- Şöbənin fəaliyyətinin optimallaşdırılması və proseslərin təkmilləşdirilməsi;
- Dövlət qurumları və aidiyyəti təşkilatlarla əlaqələrin qurulması;
- Nəqliyyat şöbəsinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması
Namizədə tələblər;
- Ali təhsil;
- Yaş həddi: 35 – 55
- İş təcrübəsi: Nəqliyyat, logistika və ya inzibati idarəetmə sahəsində minimum 5 il
- Azərbaycan dilində səlis və qrammatik danışıq (rus və ya ingilis dili arzuolunandır);
- Microsoft Office (Excel, Word) proqramlarında sərbəst işləmək bacarığı;
- Aidiyyatı qanunvericiliklər haqqında məlumatlı olmaq;
- Nəqliyyat parkının idarə olunması üzrə praktiki bilik və təcrübə;
- Analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarığı;
- Komandanı idarəetmə və qərarvermə bacarığı;
- Güclü ünsiyyət və problem həll etmə bacarığı;
- BC kateqoriyalı sürücülük vəsiqəsi (üstünlükdür);
Şəxsi keyfiyyətlər;
- Stressə davamlılıq.
- Məsuliyyətlilik və dəqiqlik
- Analitik düşüncə
İş şəraiti;
- İş qrafiki: 6 günlük
- Nahar və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı: 3000 AZN
Ünvan: Sulutəpə qəs., R.Allahverdiyev küç., döngə 9/21D
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
















