Camal LTD
İstehsalat müdir müavini
Son tarix 29 iyl 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- İstehsalat sahəsində işçi heyətinin fəaliyyətinin planlaşdırılması, koordinasiyası və effektiv idarə olunmasını təmin etmək;
- İstehsalat proseslərində təhlükəsizlik texnikası, əməyin mühafizəsi və sanitariya-gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək;
- İstehsalat göstəricilərinə dair gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- İstehsalat proseslərində yaranan problemləri operativ şəkildə təhlil etmək və həlli istiqamətində tədbirlər görmək;
- İşçilərin əmək intizamına riayət etməsinə və daxili qaydalara əməl olunmasına nəzarət etmək.
Tələblər:
- Ali təhsil
- İstehsalat sahəsində (minimum 3-5 il) qida üzrə müvafiq vəzifədə iş təcrübəsi
- Komanda idarəetməsi və liderlik bacarığı
- Planlama və təşkilatçılıq qabiliyyəti
- Texniki sənədlərlə işləmə bacarığı
- Problemlərin operativ və effektiv həll olunması bacarığı
- MS Office proqramlarında işləmək bacarığı
- Azərbaycan dili sərbəst, rus və ya ingilis dili arzuolunandır
- Xanım namizəd. (İstehsalat kollektivində işləmiş namizədlər üstünlükdür)
Şəxsi keyfiyyətlər:
- Stressə davamlılıq.
- Məsuliyyətlilik və dəqiqlik
- Analitik düşüncə
İş şəraiti
- Əmək haqqı: 1500 AZN
- 6 günlük iş qrafiki
- Nahar və korporativ nömrə ilə təmin edilmə;
Ünvan: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Abdullayev küçəsi 21 D, döngə 9
İstehsalat müdir müavini yazaraq CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiz.
















