BYD Motors Baku MMC
Mühasib
Son tarix 12 sen 2025 - [email protected]
Tələblər:
- Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi);
- Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
- 1C mühasibat proqramında azı 3 il iş təcrübəsi;
- Peşəkar mühasib sertifikatı (arzuolunandır);
- MS Office proqramlarında (xüsusilə Excel, Word, Outlook) yüksək səviyyədə bacarıq;
- Vergi, Əmək və Mülki Məcəllə üzrə dərin biliklər;
- Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və maliyyə uçotunun aparılması;
- Kassa və bank əməliyyatlarının icrası, qaimə və vergi hesab-fakturalarının tərtibi, üzləşmə aktlarının hazırlanması;
- Debitor və kreditor hesablaşmaların idarə olunması;
- Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;
- Mal-materialların uçotu;
- İdxal və ixrac əməliyyatlarının uçotu, maya dəyərinin hesablanması;
- Aylıq xərc smetasının hazırlanması və nəzarəti;
- İnternet banking vasitəsilə ödənişlərin icrası və nəzarəti;
- Maliyyə hesabatlarının hazırlanması: Balans, Mənfəət/Zərər, Pul vəsaitlərinin hərəkəti;
İş şəraiti
- İş yeri: BYD Motors Baku MMC (Badamdar qəs.)
- İş rejimi: 5 günlük iş qrafiki
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun müəyyən ediləcək.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
BYD Motors Baku MMC
750
Qeydiyyatçı (Resepsionist)
Son tarix 12 sen 2025 [email protected]
İş barədə məlumat:
- Müştərilərin qarşılanması və yönləndirilməsi
- Telefon zənglərinin cavablandırılması
- Gələn məktubların və sənədlərin qeydiyyatı
- Müştərilərə dolğun və dəqiq məlumat verilməsi
- Rəhbərliyin verdiyi tapşırıqların icrası
- Sənəd dövriyyəsinin idarə edilməsi və qeydiyyatı
Tələblər:
- Azərbaycan və dilində sərbəst danışmaq (rus dili vacibdir)
- Yüksək nitq mədəniyyəti
- Xoş görünüşlü və ünsiyyətcil olmaq
- Komandada işləmək bacarığı
- Məsuliyyətli və punktual olmaq
- Kompüter bacarıqları (MS Office)
- Yaş həddi:20-35
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il
İş şəraiti
- İş yeri: BYD Motors Baku MMC (Badamdar qəs.)
- İş rejimi: 6 günlük iş qrafiki (şənbə günü qısa iş saatı)
- Əmək haqqı: 700 manat (Net)
Uyğun olan namizədlər CV - lərini mövzu yerinə “Qeydiyyatçı” yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV formasını email əlavə etməmiş namizədlərlə əlaqə saxılanılmayacaq.