Mühasib-operator
Son tarix 26 noy 2022 - [email protected]
Vakansiya haqqında:
İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: 500-700 NET
Vəzifə öhdəlikləri:
-
Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkilini icra edir;
-
Daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsini icra edir;
-
Təşkilatlara vergi hesab-fakturalarını yazır və təqdim edir;
-
Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işləyir;
-
Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları logo proqramına daxil edir;
-
Əsas vəsaitlərin uçotunun aparılmasında iştirak edir;
-
İstehsal xərclərinin uçotunun aparılmasında iştirak edir;
-
İnventarizasiya prosesində iştirak edir;
-
Mal-material, əsas vəsaitlərin hərəkətinə dair, qaimələri, aktları tərtib edir;
-
İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;
-
Kreditorlar və debitorlarla üzləşmələri icra edir;
Təhsil və iş təcrübəsi:
-
Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə təhsil;
-
Minimum 1 il mühasib vəzifəsi üzrə təcrübə.
Bacarıq və səriştələr:
-
Komandada işləmək bacarığı;
-
Məsuliyyətlilik;
-
Logo unity versiyası üzrə işləyə bilmə bacarığı;
-
Ms. Office programları, Excell orta səviyyədə.
Təminatlar:
-
Telefon limiti
Bilməlidir:
-
Mühasibatlıq və uçot
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Mühasib-operator” qeyd etməyi unutmayın.
Aqronom (satış üzrə)
Son tarix 26 noy 2022 [email protected]
Vakansiya haqqında:
İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaq
Vəzifə öhdəlikləri:
-
Müştərilər ilə görüşlər təşkil edir;
-
Satış prosesinin icra edilməsi zamanı, müştərilərə bitkilərin əkilməsinin istehsal planlarını, növlərini və əkin prosesinə uyğun dərman vasitələrinin miqdarının hazırlanma qaydaları haqqında məlumat təqdim edir;
-
Müştərilərin əkin sezonları başlamadan öncə onların əkin sahələri haqqında məlumatları əldə edir və əkin prosesində lazım olan dərman vasitələri haqqında müştərilərə məlumat təqdim edir;
-
Torpağın münbitliyinin yaxşılaşdırılmasına və məhsuldarlığın artırılmasına yönəlmiş aqrotexniki tədbirlər haqqında məsləhətlər verir;
-
Torpağın səpin və əkin üçün hazırlanması qaydalarını uyğun olaraq müştərilərə dəstək verir;
-
Bağçılıq, istixana və əkin sahələri üçün lazımi dərman vasitələrinin istifadə qaydaları haqqında müştərilər ilə online və ya fərdi görüşlərin keçirilməsini icra edir;
-
Ziyan verici həşaratlara qarşı istifadə edilən dərman reseptlərinin təyin edilməsində iştirak etmək;
-
Müştərilərin tələblərinə uyğun yeni dərman vasitələrin təminatlığını təmin edir.
Təhsil və iş təcrübəsi:
-
Aqronomluq, Torpaqşünaslıq və aqrokimya, Aqrotexnologiya sahələri üzrə təhsil;
-
Minimum 2 il satış (istixana, bağçılıq, açıq sahə əkinləri üzrə) vəzifəsi üzrə təcrübə.
Bacarıq və səriştələr:
-
Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
-
Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
-
Komandada işləmək bacarığı;
-
Ms. Office programları, PowerPoint, Excell orta səviyyədə.
Təminatlar:
-
Telefon limiti
-
Nəqliyyat xərcləri
Bilməlidir:
-
Kənd təsərrüfatı istehsalı texnologiyasını;
-
Tarla, bağ, tərəvəz bitkilərinin becərilməsi üsulları haqqında məlumat;
-
Satış texnikası;
-
Bazar araşdırması, satış və danışıqların aparılması prinsipləri haqqında biliklər.
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Aqronom (Satış üzrə)” qeyd etməyi unutmayın.
Satış müdiri
Son tarix 26 noy 2022 - [email protected]
Vakansiya haqqında:
İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaq
Vəzifə öhdəlikləri:
-
Satış strategiyasının hazırlanması və icrasına birbaşa nəzarət edir;
-
Müştəri bazasını təkmilləşdirir və yeni məhsulları təbliğ edir;
-
Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsini icra edir;
-
Bölgə rəhbərləri və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirir və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləyir;
-
Görülən işlərin ərazidə yoxlanılmasına günlük və ya həftəlik olaraq nəzarət edir,mütəmadi ezamiyyəyə gedir;
-
Gündəlik olaraq xüsusi tapşırıqların hesabatına nəzarət edir;
-
Potensial müştərilər ilə əlaqə qurur və görüşlər keçirir və digər satış təmsilçiləri və bölgə rəhbərlərinin bu sahədəki işlərinə nəzarət edir;
-
Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olur və rəhbərlik etdiyi digər satış təmsilçiləri ilə bu barədə müzakirələr aparır;
-
Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə satış heyətinin mütamadi iştirakını təmin edir;
-
Bazar araşdırmalarının aparır, yeni təkliflər verir;
-
Hər ayın əvvəli keçən ayın satış hesabatlarını direktora təqdim edir.
Təhsil və iş təcrübəsi:
-
Ali təhsil (Menecment, Aqronomluq sahəsinə üstünlük verilir);
-
Azərbaycan dilində səlis danışıq, rus dili azuolunandır;
-
Satış sahəsində 5 il (kənd təsərrüfatı profili üzrə) və rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
Bacarıq və səriştələr:
-
Təşkilatçılıq, idarəçilik bacarığı
-
Güclü ünsiyyət, idarəetmə, analitik düşünmə və problemləri həll etmə bacarığı;
-
Biznes planlaşdırma, təhlil və hesabat hazırlaya bilmə bacarığı
-
Komanda idarəetmə bacarığı;
-
Ms. Office programları
Təminatlar:
-
Telefon limiti
-
Nəqliyyat xərcləri
Bilməlidir:
-
Satışın qaydaları, əsasları və strukturu barədə biliklər;
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Satış müdiri” qeyd etməyi unutmayın.