Buta Group
Maliyyə üzrə baş mütəxəssis
Son tarix 17 apr 2023 - [email protected]
Vakansiya haqqında:
İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: müsahibə əsnasında təyin olunacaq
Vəzifə öhdəlikləri:
- Müəssisənin maliyyə göstəricilərinin hesablanması üçün lazım olan məlumatları toplamalı və analiz etməli;
- Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
- Mühasibat uçotunda əks olunmuş əməliyyatların aylıq monitorinqi və təhlili;
- Nağd vəsait dövriyyəsi proqnozlarının hazırlanması, nağd vəsaitlər üzə digər tələb olunan hesabatların hazırlanması;
- Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək;
- Müəssisəyə aid balanslara maliyyə nəzarəti və yoxlanışların edilməsini təmin etmək;
- Faktiki maliyyə nəticələrinin büdcəyə görə təhlil edilməsi;
- Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
- Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi, maliyyə riskinin müəyyən edilməsi;
- Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
- Dövlət orqanlarına təqdim edilən hesabatlara nəzarət etmək.
Təhsil və iş təcrübəsi:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq)-sahə üzrə ACCA sertifikatları (minimum F7 - Financial Reporting) və ya ekvivalent sertifikatlar
- Sahə üzrə ümumi 5 il iş təcrübəsi, xüsusilə maliyyə nəzarəti, xərclər üzrə minimum 3 il iş təcrübəsi
Bacarıq və səriştələr:
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər;
- Mühasibat uçotunun hesablar planı ilə işləmə bacarığı (yüksək səviyyədə);
- MS Office proqramları (Excel – yüksək səviyyədə, formullar və funksiyalar ilə səlis işləmə bacarığı), “1C 8.3 Mühasibatlıq” proqramında işləmə bacarığı (yaxşı səviyyədə);
- Güclü analitik bacarıqlar;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
Müraciət qaydası-Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Maliyyə üzrə baş mütəxəssis” qeyd etməyi unutmayın.
Kiçik aqronom (Zirə)
Son tarix 17 apr 2023 [email protected]
Vakansiya haqqında:
İş yeri: Bakı, Zirə kəndi, İstixana Kompleksi
İş saatı : Həftədə 6 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
Vəzifə öhdəlikləri:
- Xidmət etdiyi sahədə aqrotexniki və hər bir bitki üzrə texnoloji qaydaları həyata keçirir, və az əmək vəsait sərfi ilə keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının təminində iştirak edir;
- Üzvi və mineral gübrələr, herbisidlər və zərərli kimyəvi maddələrdən düzgün istifadəni Baş aqronomun nəzarəti altında təmin edir;
- Sort toxum əkinlərinə və çoxillik əkmə sahələrində bitkilərin düzgün aqrotexniki qaydada becərilməsində iştirak edir;
- Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanması və həyata keçirilməsi prossesində iştirak edir;
- Bitkiçilik sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə əməl edir;
- Aqronomiyaya aid bütün sənədlərin tərtib olunmasını və hesabatların verilməsini Baş aqronomun tapşırığına əsasən ica edir;
Təhsil və iş təcrübəsi:
- Ali təhsil (Aqronomluq);
- Minimum 6 ay Kiçik aqronom vəzifəsi üzrə təcrübə.
Bacarıq və səriştələr:
- İngilis dili (upper intermediate level);
- Office proqramları (word,excel orta səviyyəli user)
- İstixana avadanlıqları ilə işləmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, öyrənməyə həvəsli;
Təminatlar:
Nəqliyyatla təmin edilir.
Bilməlidir:
- Əkin üçün düzgün torpaq sahələrinin seçmək bacarığı;
- Bitkilərin eroziyadan müdafiəsi və ekoloji mühitini qorumaq bacarığı;
- Suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə məlumat olmaq;
- Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Kiçik aqronom (Zirə)” qeyd etməyi unutmayın.
Buta Group
İnsan resursları üzrə mütəxəssis
Son tarix 17 apr 2023 - [email protected]
Vakansiya haqqında:
İş yeri: Bakı, Zirə Kəndi
İş saatı : Həftədə 6 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: 700 azn
Vəzifə öhdəlikləri:
- Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsinə nəzarət edir;
- Məlumatların Elektron Hökumət Portalına daxil edir;
- İşçilərin icbari sığortasının həyata keçirir;
- İşçi ehtiyacının müəyyən edilməsini təmin edir;
- Daxil olan CV-lərin dəyərləndirir və müsahibələri təşkil edir;
- İşçilərlə bağlı sənədləşmələrin aparılması üçün müvafiq proses və proseduraların hazırlanması və həyata keçirilməsini təmin edir;
- Yeni əməkdaşların işə adaptasiya dövründə düzgün istiqamətləndirilməsini, İnsan Resursları ilə koordinasiyasını və yaranan problemlərin həllini təmin edir.
Təhsil və iş təcrübəsi:
- Ali təhsil;
- Sahə üzrə minimum 1 il təcrübə.
Təminatlar:
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
- Nəqliyyatla iş yerinə çatdırılma
Bacarıq və səriştələr:
- Komandada işləmək bacarığı;
- Diqqətli və məsuliyyətli olmaq;
- Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
- Excell, word irəli səviyyədə istifadəçi olmaq.
Bilməlidir:
- AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “İR üzrə mütəxəssis-zirə” qeyd etməyi unutmayın.