Business Accounting
Mühasib
Son tarix 11 dek 2023 - [email protected]
İş rejimi: 5 günlük iş qrafiki.
İş barədə məlumat:
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Pul vəsaitlərənin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi.
- Kassa əməliyyatlarının yerinə yetirilməsi.
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- E-taxes.gov.az , E-customs.gov.az portallarından istifadə etmə bacarığı;
- Elektron qaimə , faktura, hesab fakturalarının işlənməsi;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Ödəniş tapşırıqları və Təhvil-Təslim aktlarının tərtib olunması;
- Müəssisənin maliyyə fəaliyyətinin 1C proqramına işlənilməsi.
Əsas tələblər:
- Staj: 1-3 il
- Yaş: 26 — 40 yaş
- Təhsil: Ali təhsil (bakalavr)
- Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə).
- Tibb sahəsində təcrübəsi olan mühasiblərə üstünlük verilir.
- Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
- 1C proqramını və Microsoft Office proqramlarını (WORD, EXCEL) əla səviyyədə bilmək.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş şərtləri:
- İş qrafiki: Həftənin 5 günü ( Həftə içi 09:00-dan 18:00-dək) istirahət günü:Şənbə, bazar.
- Əmək haqqı: 600-800 AZN (+bonuslar)
- Cv formasında şəkil olması mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə ”Mühasib” qeyd edərək [email protected] və [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.