"Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
Bank BTB
Daxili Audit departamentinin Auditoru
Son tarix 03 noy 2022 - [email protected]
İş barədə məlumat:
- İllik Audit planına və plandan kənar qrafikə əsasən Bankın struktur bölmələrində auditin həyata keçirilməsi;
- Yoxlama zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair tədbirlərin tərtib edilməsi, səmərəli təkliflərin verilməsi;
- Audit tövsiyyələrinin icra səviyyəsinin yoxlanılması;
- Aparılmış audit yoxlamalarına dair hesabat və rəylərin hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və lazımi qaydada hesabatların verilməsi
Namizədə tələblər:
- Ali təhsil (İqtisadi/Hüquqi);
- Bank Qanunvericiliyinə dair ümumi biliklər;
- Analitik təfəkkür, problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi qabiliyyəti;
- Maliyyə bilikləri, əməliyyat və kredit sahəsinə dair biliklər və müvafiq sahə üzrə 2 il Bank təcrübəsi;
- Yeni məlumatları qəbul və operativ şəkildə tətbiq edə bilmə;
- Komanda ilə işləyə bilmə bacarığı
- Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti;
- İşində peşəkar, məsuliyyətli, ünsiyyətcil, stressə davamlı və inkişafa meyilli;
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
- MS Office proqramlarında keyfiyyətli işləmək biliyi;
- Ezamiyyət etmək imkanı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) 03.11.2022-ci il tarixinədək elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Auditor) göstərməyiniz xahiş olunur.