BSC Consulting & Outsourcing Company
Satış meneceri
Son tarix 07 yan 2023 - [email protected]
Tələblər:
- Ali təhsil
- İnşaat materiallarının satışı üzrə ən azı 1 il iş stajı və ya İnşaat və Memarlıq Universitetinin məzunları
- Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə rus və ingilis dilləri arzuolunandır;
- Cinsi: Kişi, Qadın (hərbi xidmət keçmiş kişilər)
- Sürücülük vəsiqəsi olmalı, (avtomobil önəmli deyil)
- İdarəetmə qabiliyyəti, işi planlamaq bacarığı
- Satış üzrə nəticə yönümlülük
- Aktiv dinləmə bacarığı
- Müştərinin etibarını qazanmaq qabiliyyəti
- Danışıqların idarə etmə qabiliyyəti
- Təqdimat hazırlama və təqdimat keçirmək.
- Xoş görünüşlü və ünsiyyətcil;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq;
- Güclü və ifadəli ünsiyyətçilik, karyera yönümlü və motivasiyalı.
Vəzifə və öhdəliklər:
- Şirkət məhsullarını tanıtması və satışının təşkil edilməsi
- Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
- Müştəri Bazasının formalaşdırılması;
- Xüsusi müştəri şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi;
- Şirkət tərəfindən müəyyən edilmiş satış planının həyata keçirirlməsi;
- Şirkətin satış həcminin artırılmasına dəstək;
- B2B görüşlərin keçirilməsi;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
- Mövcud müştəri əlaqələrinin idarə edilməsi.
- Satış nöqtələrində məhsulların şirkətin tələblərinə uyğun olaraq düzgün təqdim edilməsi.
- Müştərilərə məhsulun keyfiyyəti və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
- Yeni məhsulların təqdim edilməsi bacarığı;
- Müştəri xidmətinin keyfiyyətinə nəzarət etmək.
- Marketinq tədbirlərində iştirak edilməsi
- Müştərilərilərin tələblərinin öyrənilməsi, təklif edilən xidmətlərin müştəri üçün vacibliyinin vurğulanması;
- Müştəri portfelinin genişləndirilməsi üzrə işlərin aparılması,
- Yeni müştərilərlə uzunmüddətli münasibətlərin yaradılması və loyallığın artırılması üzrə işlərin aparılması;
- Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi.
Bizim təminatımız:
- Peşəkar, mehriban komandada iş
- Kreativ iş şəraiti
- Professional və maddi artım üçün perspektiv
- Əmək haqqı - 1500 – 2000 AZN + Bonus
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Satış meneceri” qeyd etməklə göndərmələri xahiş olunur.