BSC Consulting & Outsourcing Company
Aparıcı mühasib
Son tarix 16 avq 2024 - [email protected]
Əmək haqqı: 1500-2000 AZN
Öhdəliklər:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.
- Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi(MDSS,ÖMV,ƏDV)
- Statistika hesabatlarının hazırlanması və göndərilməsi
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
- Vegi qanunvericiliyini yaxşı səviyyədə bilən;
- Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
- Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
- MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
- PMS sertifikatı arzuolunandır;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı mühasib” yazaraq e-mail göndərilməsi xahiş olunur.
Əlaqə nömrəsi: 070 493 32 03
Baş hüquqşünas (Korporativ sahə üzrə)
Son tarix 16 avq 2024 - [email protected]
Vəzifə və öhdəliklər:
- Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
- İstəilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması;
- Xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
- Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatların dövlət qeydiyyatına alınması: (Hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnaməyə-əsasnaməyə edilən hər hansı digər dəyişikliklərin qeydə alınması);
- Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
- Hüquqi şəxsin yenidən təşkilin (ayrılma, bölünmə və s) qeydiyyatı;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
- Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyata alınması
- Patentin alınması;
- Qiymətli kağızların buraxılmasının, yerləşdirilməsinin müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
- Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
- İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA formalarının alınması;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
- Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
Baş hüquqşünas aşağıdakıları bilməlidir:
- Mülki, mülki prosesual, cinayət, cinayət prosesual, əmək, maliyyə, miqrasiya, vergi, gömrük, inzibati hüquqları;
- Müəssisənin xidmət və maliyyə fəaliyyətini müəyyən edən qanunvericilik aktlarını;
- Təsərrüfat müqavilələrinin, ümumi müqavilələrin, beynəlxalq müqavilələrin, kollektiv müqavilələrin, tarif razılaşmalarının bağlanması və rəsmiləşdirilməsi qaydalarını;
- Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədlərin sistemləşdirilməsi, uçotu və aparılması qaydalarını;
- Hesablama texnikası, rabitə və əlaqə vasitələrini
- İşgüzar ünsiyyət etikasını;
- Kargüzarlığın təşkilinin əsaslarını;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın əleyhinə təhlükəsizlik qaydalarını;
- Daxili əmək intizamı qaydalarını;
Namizədə olan tələblər:
- Hüquq üzrə ali təhsil;
- Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi;
- Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə;
- Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir.
- Yaş məhdudiyyəti: 25 yaş – 55 yaş.
Şərtlər:
- Tam iş günü, iş qrafiki I-Vİ günlər,
- Əmək haqqı 2000 -2500 +bonuslar.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “ Baş hüquqşünas ” qeyd etməklə göndərmələri xahiş olunur.
İnşaat mühəndisi
Son tarix 16 avq 2024 - [email protected]
Tələblər:
- Eksteryer(Fasad) tətbiqi üzrə iş təcrübəsi .
- Layihə və Dizayn bölməsinin məsuliyyətində olan layihələrin proses üzrə tətbiqi zamanı problem həllərinin mənimsənilməsi.
- Məsuliyyətində olan bütün layihələrə nəzarət etməklə nizam-intizamı və komanda koordinasiyasını təmin etmək və layihələrin hesabatlılığını şöbələrə bildirmək.
- Anlıq problemlərin,həll edilməsi üzrə məsləhətlərin verilməsi və həllin yekunlaşması üzrə nəzarətin təmin edilməsi.
- Davam edən layihələrin iş proqramı daxilində nəzarət edilməsi və Planlama Departamentinə bu barədə dəstək göstərilməsi.
- Hazırlanmış memarlıq layihələrinin ərazidə icrasına nəzarət etmək.
- İngilis dilində tam fikrini ifadə etmək.
- Beynəlxalq standartlara uyğun Sap2000, Sta4Cad, Etabs, Safe və ya Tekla və s. REVIT proqramlarından yaxşı istifadə etmək bacarığı.
- Sahədə fəaliyyət göstərən əməkdaşlarla düzgün kordinasiya qurmaq bacarığı.
- Binaların statik layihələrini analiz və təhlil etmək bacarığı.
- Praktiki düşünmə və layihələri idarə etmə bacarığı.
- Müddətlərə və Büdcəyə(Smeta üzrə) uyğun işin təşkili.
- Komandada işləmək və idarə etmək bacarığı.
- Şifahi və yazılı ünsiyyət bacarığı.
- Gərgin iş rejiminə uyğunlaşma.
- Səyahət məhdudiyyətinin olmaması.
- Sürücülük vəsiqəsinin olması.
Əmək haqqı 3000-3500 manat
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “İnşaat mühəndisi” qeyd etməklə göndərmələri xahiş olunur.