BSC Consulting & Outsourcing Company
Mühasib
Son tarix 19 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı cari əməliyyatların həyata keçirilməsi;
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti
- Debitor və kreditorlarla üzləşmələrin aparılması
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Tələb olunan xüsusiyyətlər:
- İxtisas üzrə azı 1 il iş təcrübəsi
- Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə)
- Vergi Məcəlləsi ilə bağlı ilkin anlayışlar
- MS Office, BTP, 1C 8.3 proqramında işləmək bacarığı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
- Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq
- Komandada işləmək bacarığı
İş şəraiti:
- AR ƏM- ə əsasən rəsmiləşmə
- Əmək haqqı: 500 – 800 AZN
- İş rejimi: 6 günlük iş qrafiki
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Mühasib” yazaraq 19.10.2022- ci il tarixinədək göndərilməsi xahiş olunur.
Aparıcı mühasib
Son tarix 19 okt 2022 - [email protected]
Öhdəliklər:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
- Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
- Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
- MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş qrafiki
- Əmək haqqı 800-1200AZN (Müsabiqə əsasında müəyyən olunur)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı Mühasib” yazaraq 19.10.2022- ci il tarixinədək göndərilməsi xahiş olunur.