BSC Consulting & Outsourcing Company
İnsan Resursları üzrə mütəxəssis (kadr sənədləşməsi sahəsi üzrə)
Son tarix 29 yan 2023 - [email protected]
Vəzifə və öhdəlikləri:
- Xidmət göstərilən müəssisələrin işçilərinin əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması;
- Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
- Məzuniyyət qrafikinin tərtib edilməsi;
- İş vaxtının uçotu cədvəllərinin tərtib edilməsi
- Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların atılmasını təmin edir.
Tələb olunan xüsusiyyətlər:
- Ali təhsil;
- İnsan resursları sahəsində 1-2 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsinin müddəalarını bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- MS Office, 1 C (8.3) proqramında işləmək bacarığı.
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Təzyiq altında və dəyişkən iş qrafik ilə işləmək bacarığı.
6 günlük iş həftəsi
Əmək haqqı : 700-800 AZN
Vakansiya ilə maraqlanan şəxslərdən CV–lərini elektron ünvanına Subject/Mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.