BSC Consulting & Outsourcing Company
Məhkəməyə qədər mübahisələrin həlli və məhkəmə qərarlarının icrası üzrə hüquqşünas
Son tarix 18 okt 2023 - [email protected]
Öhdəliklər:
- Məhkəməyə qədər mübahisələrin həlli istiqamətində tədbirlərin görülməsi
- İddia ərizəsinin hazırlanması və məhkəməyə göndərilməsi
- Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etməklə bağlı müvafiq məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün İcra şöbələrində hüquqi şəxsi təmsil etmək ;
- Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi
- Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi
- İcra mərhələsində ərizələrin aidiyyəti üzrə təqdim edilməsi və müraciətin icra edilməsinin təmin edilməsi
- Qərarların icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması, icra hərəkətlərinin aparılmasının təmin edilməsi
- Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borcluların əmək haqqına yönəldilməsi, borclularla ödənişin təmin edilməsi üçün müvafiq danışıqların aparılması;
- Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
- İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların və digər gəlirlərin müəyyən edilməsi üçün İcra məmurları tərəfindən müvafiq sorğuların verilməsini təmin etmək ;
- İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
- Müvafiq məlumat bazası yaratmaq, hesabatlar hazırlamaq ;
- İca şöbələri və məhkəmələrdə nümayəndə qismində iştirak etmək.
Tələblər:
- Hüquq sahəsində ali təhsil;
- Bu sahədə 3 ildən artıq iş təcrübəsi;
- AR Mülkü Məcəlləsini bilməli;
- MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
Bizim təminatımız:
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Əmək haqqı – 700-1000 AZN (+bonus)
İş yeri: Bakı şərhəri Nərimanov rayonu
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas” yazaraq 01.11.2023- cü il tarixinədək e-mail ünvanına göndərilməsi xahiş olunur.
Əlaqə nömrəsi: 055 2111665