Bridge Group of Companies
İnsan Resursları üzrə mütəxəssis
Son tarix 08 fev 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: “Bridge Plaza”, Bakı şəh., Bakıxanov küç.6
- İş qrafiki: 5/2, 09:00-18:00;
- Əmək haqqı: 1000-1200 azn;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
Namizədə tələblər:
- 25-35 yaş arası namizədlər;
- Ali təhsil - (İnsan resursları, psixologiya və ya əlaqədar ixtisaslar);
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Sərbəst rus və ya ingilis dili biliyi olmaq
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Əmək qanunvericiliyi üzrə nəzəri və praktik biliklər;
Vəzifə öhdəlikləri:
- ƏMAS və İSB portallarında əməliyyatların aparılması;
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, işçi qovluqların hazırlanması,işçilərin elektron əmək müqavilələrini təsdiqləməsini izləmək;
- Performansın idarəolunması və işçi qiymətləndirilməsi sisteminin təşkili və tətbiqində rol almaq;
- Məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Bütün növ kadr əmrlərinin hazırlanması;
- Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanması, təsdiqlənməsi və işçilərlə tanış edilməsi;
- İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin izlənməsinə nəzarət və son olaraq yoxlayıb mühasibat şöbəsinə göndərilməsi;
- Xəstəlik vərəqələrinin yoxlanması ,qeydiyyatı və uçotunun aparılması;
- Xasiyyətnamələrin, İnsan resursları üzrə lazımi məktubların və s. hazırlanması və qeydiyyatı;
- Təlim ehtiyaclarını müəyyən etmək və işçilərin bacarıqlarını inkişaf etdirmək üçün təlimlərin planlaşdırılması;
- Şirkət mədəniyyəti və təşkilati dəyişikliklərlə bağlı təşəbbüslər;
- Rəhbərliyin istəyi əsasında İnsan Resursları üzrə müvafiq hesabatların hazırlanması və İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi;
Vakansiya ilə maraqlanan namizədlər işə müraciət anketlərini (CV) elektron poçt ünvanına mövzu hissəsində " İnsan Resursları üzrə mütəxəssis " qeyd etməklə göndərə bilərlər. Yalnız qeyd edilən tələblərə cavab verən CV-lərə baxılacaqdır.
İşə qəbul üzrə baş mütəxəssis
Son tarix 08 fev 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: “Bridge Plaza”, Bakı şəh., Bakıxanov küç.6
- İş qrafiki: 5/2, 09:00-18:00;
- Əmək haqqı: 1200 -1500 AZN;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
Namizədə tələblər:
- 25-35 yaş arası namizədlər;
- Ali təhsil - (İnsan resursları, İdarəetmə, psixologiya və ya əlaqədar ixtisaslar);
- İşə qəbul üzrə (Recruitment) 3 il iş təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Headhunting bacarığlı;
- Müsahibələri sərbəst təşkil etmək;
- Sosial şəbəkələrdə aktiv olmaq;
- Sərbəst rus və ya ingilis dili biliyi olmaq
Vəzifə öhdəlikləri:
- Şirkətin işçi ehtiyacı tələbinin müəyyən olunması, işə qəbul prosesinin təşkili və koordinasiyası;
- Daxil olan Vakansiya tələbinə əsasən işçi ehtiyacının təhlili;
- Vakansiya elanlarının hazırlanması və müxtəlif platformalarda yerləşdirməsi (işədüzəlmə portalları, sosial və peşəkar şəbəkələr (məs. LinkedIn)) və s.;
- CV-lərin screeningi, namizədlərin short listinin haızrlanması və ilkin müsahibənin keçirilməsi
- Müsahibələrin online və ya offline təşkili, referansların alınması;
- Ehtiyac olarsa, namizədlər üçün test mərhələnin keçirilməsi, ilkin seçimi və müvafiq struktur bölməyə yönləndirilməsi;
- Yeni işə qəbul texnikalarının tətbiqi və işə qəbul prosesinin inkişafına və təkmilləşdirilməsinə dair təkliflər verilməsi;
- İş təklifinin göndərilməsi və müsahibə nəticələri barədə digər namizədlərin məlumatlandırılması;
- Yeni işə qəbul olunan işçilərin sənədləri və məlumatlarını müvafiq şöbələrə təqdim edilməsi;
- Adaptasiya və Orientasiya proqramlarının hazırlanması,tətbiqi, sınaq müddətlərinin izlənilməsi;
- İşçilərin davamiyyətinin izlənməsi və uçotunun aparılması
- Əmək yarmarkalarında iştirak etmək, gənc namizədlər üçün müxtəlif lahiyələri hazırlamaq və təşkil etmək, ali təhsil müəssisələri ilə aktiv işləmək, istedadlı mütəxəssisləri cəlb etmək
- İnsan Resursları üzrə müvafiq hesabatların hazırlanması və İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi;
Vakansiya ilə maraqlanan namizədlər işə müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində "İşə qəbul üzrə baş mütəxəssis" qeyd etməklə göndərə bilərlər. Yalnız qeyd edilən tələblərə cavab verən CV-lərə baxılacaqdır.