Azerbaijan SuperMarket
Təsərrüfat xidmətləri üzrə köməkçi
Son tarix 08 avq 2024 - [email protected]
Yerləşmə: Logistika və Distribusiya Mərkəzi
Departament: Texniki istismar və dəstək xidmətləri şöbəsi (MA)
Hesabat verir: Texniki istismar və dəstək xidmətləri üzrə menecer (DC)
Vəzifə öhdəlikləri:
- Mərkəzi anbarın inzibati binasında və ümumi ərazisində təmir və texniki xidmət işlərində dəstək göstərilməsi
- Elektrik, qaz və su xətlərinin çəkilişində texniki əməkdaşlara dəstək göstərilməsi
- Anbar əraizində formalaşan tullantıların toplanması və təyin olunmmuş yerlərə daşınması
- Mexaniki və elektrik işləri, asma tavanları və divarların üzlənməsi, suvaqlama və s. işlərdə texniklərə dəstək göstərilməsi
- Şüşəli arakəsmə divarlar, boyama və dekorasiya, cərəyan yuvalarının təmiri və yerdəyişməsi, işıqlandırma işləri və mətbəx daxilindəki işlərin icrasında texniklərə dəstək göstərilməsi
- SƏTƏM qaydalarına riayət etməklə Mərkəzi anbara məxsus avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini həyata keçirmək;
- Kimyəvi təmizləyici vasitələri və elektrik avadanlıqlarını təlimata uyğun saxlamaq və istifadə etmək;
- Təmizlik vasitələri tükənmək üzrə olduqda, həmçinin hər hansı texniki nasazlıq və ya qüsur aşkar olunduqda bu barədə məsul şəxsə məlumat vermək;
- Soyuducu və digər anbar ərazilərində quraşdırılmış rəflərin yoxlanılması, bərkidilməsi və zəruri hallarda yenisi ilə əvəzləmək;
- Anbarin sahəsində təmizlik və ümumi təsərrüfat işlərinin həyata keçirmək;
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
- Nəzərdə tutulan təxirəsalınmaz təmir xidməti üçün 24 saat xidmət göstərmək;
- İş vaxtı daxilində asudə vaxtların dəyərləndirilməsi üçün anbar ərazisində yaranan texniki istismar üzrə proseslərdə aidiyyəti şöbə əməkdaşlarına dəstək göstərmək;
- Rəhbərliyin tapşırığı ilə əlavə SƏTƏM təlimatlarına ehtiyac olmayan vəzifəyə uyğun digər işləri həyata keçirmək.
Tələblər:
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Komandada işləmək bacarığı
- Təsərrüfat işləri üçün nəzərdə tutulmuş alət və avadanlıqlarla işləmə bacarığı
İş şərtləri:
- 6 gün (Bazar ertəsi – Şənbə)
- Nahar təminatı
- Nəqliyyat xidməti təmantı:
- I marşrut: Koroglu m/s – Lokbatan, çıxış: 07:15, Lokbatan – Koroglu m/s, çıxış: 17:15
- II marşrut: 20 yanvar – Lokbatan, çıxış: 07:20, Lokbatan – 20 yanvar, çıxış: 17:15.
Vakansiya üzrə müraciətlər elektron ünvanına mövzu bölməsində “Təsərrüfat xidmətləri üzrə köməkçi” qeyd etməklə edə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Texniki istismar və qaz avadanlıqları üzrə texnik
Son tarix 08 avq 2024 - [email protected]
Yerləşmə: Logistika və Distribusiya Mərkəzi
Departament: Texniki istismar və dəstək xidmətləri şöbəsi (MA)
Hesabat verir: Texniki istismar və dəstək xidmətləri üzrə menecer (DC)
Vəzifə öhdəlikləri:
- Mərkəzi anbarın inzibati binasında və ümumi ərazisində qaz xətləri sisteminin qurulması, təmiri və texniki xidmətin göstərilməsi
- Qaz xətlərinin quraşdırılması, avadanlıqlarının montajı
- Borularda sızmalarının müəyyənləşdirilməsi, aradan qaldırılması, avadanlıqların təmir edilməsi və dəyişdirilməsi
- Qaz xətləri və təbii qazla işləyən sistemlərin mütəmadi olaraq yoxlanılması və profilaktik tədbirlərin həyata keçirilməsi
- Avadanlıqların düzgün işləməsini təmin etmək üçün periodik baxışların aparılması
- Problemlərin aşkar edilməsi və həlli üçün lazımi alət və avadanlıqlardan istifadə edilməsi
- Quraşdırma və təmir işləri üçün tələb olunan materialların və alətlərin müəyyən edilməsi
- Təyin olunmuş podratçı şirkətlər tərəfindən quraşdırılmış avadanlaıqların yoxlanılması prosesini icra etmək;
- Xarici podratçılar tərəfindən icra edilən bütün işlərin yoxlanılması prosesində iştirak etmək;
- Anbar avadanlıqlarının yoxlanılması və təmirində köməklik göstərmək;
- Soyuducu və digər anbar ərazilərində quraşdırılmış rəflərin yoxlanılması, bərkidilməsi və zəruri hallarda yenisi ilə əvəzləmək;
- Baş vermiş və ya baş verə biləcək istənilən müstəsna hadisə ilə bağlı üst rəhbərinə məlumat vermək;
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
- İş vaxtı daxilində asudə vaxtların dəyərləndirilməsi üçün anbar ərazisində yaranan texniki istismar üzrə proseslərdə aidiyyəti şöbə əməkdaşlarına dəstək göstərmək;
- Rəhbərliyin tapşırığı ilə əlavə SƏTƏM təlimatlarına ehtiyac olmayan vəzifəyə uyğun digər işləri həyata keçirmək.
Tələblər:
- Sahə üzrə minimum 2 il iş təcrübəsi
- Komandada işləmək bacarığı
- Detallara qarşı diqqətlilik
- Texniki istismar prosesləri üçün nəzərdə tutulmuş alət və avadanlıqlarla işləmə bacarığı
- “Azəriqaz” İstehsalat Birliyində çalışmış əməkdaşlarına üstünlük verilir
İş şərtləri:
- 6 gün (Bazar ertəsi – Şənbə)
- Nahar təminatı
- Nəqliyyat xidməti təmantı:
- I marşrut: Koroglu m/s – Lokbatan, çıxış: 07:15, Lokbatan – Koroglu m/s, çıxış: 17:15
- II marşrut: 20 yanvar – Lokbatan, çıxış: 07:20, Lokbatan – 20 yanvar, çıxış: 17:15
Vakansiya üzrə müraciətlər elektron ünvanına mövzu bölməsində “Texniki istismar və qaz avadanlıqları üzrə texnik” qeyd etməklə edə bilərlər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Texniki istismar və santexnika üzrə texnik
Son tarix 08 avq 2024 - [email protected]
Yerləşmə: Logistika və Distribusiya Mərkəzi
Departament: Texniki istismar və dəstək xidmətləri şöbəsi (MA)
Hesabat verir: Texniki istismar və dəstək xidmətləri üzrə menecer (DC)
Vəzifə öhdəlikləri:
- Mərkəzi anbarın inzibati binasında və ümumi ərazisində su və kanalizasiya sistemlərinin qurulması, təmiri və texniki xidmətin göstərilməsi
- Su və kanalizasiya borularının quraşdırılması, santexnika avadanlıqlarının montajı
- Borularda sızmaların təmiri, santexnika avadanlıqlarının təmir edilməsi və dəyişdirilməsi, tıxanmış boruların açılması və təmizlənməsi
- Su və kanalizasiya sistemlərinin mütəmadi olaraq yoxlanılması və profilaktik tədbirlərin həyata keçirilməsi
- Avadanlıqların düzgün işləməsini təmin etmək üçün periodik baxışların aparılması
- Problemlərin aşkar edilməsi və həlli üçün lazımi alət və avadanlıqlardan istifadə edilməsi
- Quraşdırma və təmir işləri üçün tələb olunan materialların və alətlərin müəyyən edilməsi
- Təyin olunmuş podratçı şirkətlər tərəfindən quraşdırılmış avadanlaıqların yoxlanılması prosesini icra etmək;
- Xarici podratçılar tərəfindən icra edilən bütün işlərin yoxlanılması prosesində iştirak etmək;
- Baş vermiş və ya baş verə biləcək istənilən müstəsna hadisə ilə bağlı üst rəhbərinə məlumat vermək;
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
- İş vaxtı daxilində asudə vaxtların dəyərləndirilməsi üçün anbar ərazisində yaranan texniki istismar üzrə proseslərdə aidiyyəti şöbə əməkdaşlarına dəstək göstərmək;
- Rəhbərliyin tapşırığı ilə əlavə SƏTƏM təlimatlarına ehtiyac olmayan vəzifəyə uyğun digər işləri həyata keçirmək.
Tələblər:
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Komandada işləmək bacarığı
- Detallara qarşı diqqətlilik
- Santexnika işləri üçün nəzərdə tutulmuş alət və avadanlıqlarla işləmə bacarığı
İş şərtləri:
- 6 gün (Bazar ertəsi – Şənbə)
- Nahar təminatı
- Nəqliyyat xidməti təmantı:
- I marşrut: Koroglu m/s – Lokbatan, çıxış: 07:15, Lokbatan – Koroglu m/s, çıxış: 17:15
- II marşrut: 20 yanvar – Lokbatan, çıxış: 07:20, Lokbatan – 20 yanvar, çıxış: 17:15
Vakansiya üzrə müraciətlər elektron ünvanına mövzu bölməsində “Texniki istismar və santexnika üzrə texnik” qeyd etməklə edə bilərlər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Özəl ticarət markası və idxal üzrə meneceri
Son tarix 08 avq 2024 - [email protected]
Vəzifənin qısa məzmunu və məqsədi:
Özəl ticarət markası və idxal meneceri - ÖTM strategiyasının təşkilati məqsəd və vəzifələrə uyğun olaraq həyata keçirilməsini təmin edir. ÖTM və İdxal Meneceri tədarük prosesini səmərəli və vaxtında təmin etməklə özəl ticarət markası məhsulların tədarükçülərinin axtarışına cavabdehdir. Onlar ÖTM ilə əlaqəli marketinq və merçendayzinq strategiyalarının, büdcələrin, mal ehtiyat səviyyələrinin, satış tendensiyalarının və mənfəət hədəflərinin həyata keçirilməsini təmin edirlər.
Vəzifə öhdəlikləri:
- Bazar araşdırmalarının aparılması, bazar tendensiyalarının təhlili və bu biliklərin satınalma haqqında düşünülmüş qərarların qəbul edilməsi üçün tətbiqi;
- Istehlak alış strukturunda tendensiyaların proqnozlaşdırılması üçün keçmiş satış məlumatlarının təhlili;
- ÖTM satınalması üçün müraciətləri dəqiqləşdirmək, bölmələrin ehtiyaclarını müəyyənləşdirmək və gələcək satınalma sifarişləri üçün şərtnamələri dəqiqləşdirmək məqsədilə ticarət qrupu ilə əməkdaşlıq;
- Milli və beynəlxalq yarmarkalarda və ÖTM tədbirlərində iştirak etməklə yeni məhsulların axtarışı və seçilməsi;
- Yeni tədarük və məhsul mənbələrinin öyrənilməsi və yaradılması;
- Tədarükçülərlə münasibətlərin qurulması və onlarla ən yaxşı qiymətlər, şərtlər haqqında danışıqların aparılması;
- Şirkətin ÖTM strategiyasına uyğun olaraq təkliflərin qiymətləndirilməsi;
- Müqavilə və müvafiq sənədləşmə işlərinin tam şəkildə icrası;
- Satınalma əməliyyatlarının dövlətin və şirkətin siyasət və prosedurlarına uyğun olaraq işlənib-hazırlanması;
- Sifarişlərlə bağlı yaranan problemlərin səmərəli şəkildə və vaxtında həlli;
- Mal ehtiyatların müvafiq səviyyələrdə saxlanılmasını təmin etmək üçün DC və filiallarda ÖTM ehtiyatlarının yenilənməsi;
- Əsas xətləri tanıtmaq üçün mağazalarda ÖTM məhsullarının yerləşdirilməsinin planlaşdırılmasında vizual merçendayzerlərə kömək göstərmək;
- ÖTM məhsullarını tanıtmaq məqsədilə reklam şöbəsi ilə birgə çalışmaq;
- Bazar dəyişikliklərinin, rəqiblərin təklif etdiyi mallar və qiymətlərin monitorinqi;
- Yeni marketinq və satış imkanlarının qiymətləndirilməsi, bu qiymətləndirmələrin müvafiq rəhbərliyə təqdim edilməsi;
- Gündəlik, həftəlik, aylıq, illik hesabat və analitik materialların hazırlanması
- Kateqoriyalar əsasında ÖTM payının artırılması strategiyasının hazırlanması və tətbiqi.
Namizəd üçün tələblər:
- Marketinq, (Beynəlxalq) Biznes, Maliyyə və ya istənilən digər müvafiq sahədə təhsili olan şəxslərə üstünlük verilir;
- ÖTM sahəsində 3 illik təcrübə (ən azından oxşar vəzifədə praktik təcrübə);
- Satış və marketinq strategiyaları ilə bağlı yaxşı anlayış;
- Yaxşı inkişaf etmiş ünsiyyət bacarıqları (yazılı və şifahi) və müştəri yönümlülük
- Büdcənin və ehtiyatların idarə edilməsi, satınalma, beynəlxalq ticarət və vergi qanunvericiliyi haqqında məlumatlı olmaq;
- Daşınma proseslərini asanlıqla anlamaq və təşkil etmək qabiliyyəti;
- Azərbaycan, Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək;
- Danışıqlar aparmaq bacarığı;
- Təşkilati bacarıqlar, bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking) və vaxtın idarə edilməsi bacarıqları;
- Təqdimat bacarıqları.
Maraqlanan namizədlər email ünvanına “Özəl ticarət markası və idxal üzrə meneceri” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Summary and Purpose of Role:
Private Label and Import Manager ensures implementation of the PL and import strategy in line with organizational goals and objectives. PL and Import Manager is responsible for searching suppliers for private label products, ensuring effective and timely supply process. They ensure implementation of PL-related marketing and merchandising strategies, budgets, stock levels, sales trends, and profit objectives.
Responsibilities:
- Conducting market research, analyze market trends and apply this knowledge to make insightful buying decisions;
- Analyzing past sales data to anticipate trends in consumer buying pattern;
- Collaborating with trading team to clarify PL purchase requisitions, identify departmental needs, and refine specifications for future purchase orders;
- Sourcing and selecting new products by attending national and international PL fairs and events;
- Investigating and cultivating new sources for supplies and products;
- Building relationships with suppliers and negotiate with them for the best pricing, terms and conditions;
- Evaluating offers in accordance with company’s PL strategy;
- Carrying out complete contract and documentation cycle;
- Processing purchasing transactions according to state and company policies and procedures;
- Solving occurring problems with orders in an efficient and timely manner;
- Updating PL inventory at DC and stores to ensure that stocks are kept at appropriate levels;
- Assisting visual merchandisers in planning PL products layouts in stores to promote key lines;
- Working with advertising department in order to promote PL products;
- Monitoring market changes, competitor prices and products;
- Assessment of new marketing and sales opportunities, presentation of those estimations to the respective management;
- Preparing daily, weekly, monthly, yearly reports and analytics
- Working out and implementing category-based PL share increase strategy.
Requirements:
- Degree in Marketing, (International) Business, Finance or any other related field is an advantage;
- 3 years of experience in Private Label field (at best, practical experience in a similar position);
- Good understanding of sales and marketing strategies;
- Well-developed communicational skills (written and oral) and a customer orientation;
- Knowledge about budget management, stock management, procurement, international trade, and taxations;
- Ability to easily comprehend and organize shipment processes;
- Good command of Azerbaijani, Russian, and English languages;
- Negotiation skills;
- Organizational, multi-tasking, and time-management skills;
- Presentation skills.
Interested candidates may apply for the role by sending resume to email address, mentioning " Private Label and Import Manager " in theme tab.
Pease note that only selected candidates will be contacted regarding next steps of recruitment process.