Azerbaijan SuperMarket
Sifarişlər üzrə qəbuledici
Son tarix 25 noy 2024 - Müraciət et
- Malların anbar rəflərinə təhlükəsizlik və SƏTƏM qaydaları çərçivəsində təlimata uyğun olaraq yığılmasını həyata keçirmək;
- Verilən sifarişlər əsasında malların SƏTƏM qaydaları və təlimata uyğun şəkildə xüsusi elektron və mexaniki avadanlıqlar vasitəsilə anbar rəflərindən yığılması, paletlənməsi və yoxlanış üçün təyin olunmuş yerə daşınmasını həyata keçirmək;
- Sifarişlərin toplanılması zamanı aşkarlanan zədələnmiş və ya yararsız mallar, eləcə də anbar daxili daşınması zamanı yaranan hər hansı hadisə barədə məsul şəxsə məlumat vermək;
- Cihaz və avadanlıqlardan SƏTƏM qaydaları çərçivəsində təlimatlandırıldığı şəkildə istifadə edilməsi, iş sahəsinin və istifadə edilən avadanlıqların təmizliyini təmin etmək, həmçinin təhlükəsiz iş şəraitini qorumaq;
- Rəhbərliyin tapşırığı ilə əlavə SƏTƏM təlimatlarına ehtiyac olmayan digər işləri həyata keçirmək;
- Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək;
Tələblər
- Fiziki güclü, sürətli və dəqiq işləmə bacarığı
- Komandada işləmək bacarığı
- Anbar əməliyyatları və texnikası ilə tanışlığı,
- orta səviyyədə riyazi biliklərə malik olma
Əmək haqqı:
- 490 AZN net + bonus (performans göstəricisinə əsasən)
İş qrafiki:
- 08:00-17:00
- 15:00 – 00:00
- Nəqliyyat xidməti təmin edilir
- Nahar təmin edilir
İş yeri:
- Lokbatan dairəsi, Binə t/m ilə üzbəüz, Bravo Mərkəzi Anbarı
Müraciət qaydası:
- Əlaqə №: 051 207 49 73 (yalnız WhatsApp)
- Vakansiya üzrə müraciətlər e-mail elektron ünvanına mövzu bölməsində “Sifarişlər üzrə qəbuledici” qeyd etməklə edə bilərlər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Əmək münasibətləri üzrə mütəxəssis
Son tarix 22 noy 2024 Müraciət et
Əmək funksiyaları
- Müraciətlər zamanı təqdim edilən sənəd və digər sübutlar əsasında şirkət daxilində baş verən intizam xətalarını nəzərdən keçirmək, qərar vermək, rəhbərliyə təqdim etmək
- İntizam xətasına yol vermiş işçilərə AR Əmək Qanunvericiliyi, şirkətdaxili intizam qaydaları və prosedurları əsasında intizam tənbehi vermək
- İntizam pozuntuları ilə bağlı daxil olan müraciətləri gündəlik olaraq qeydiyyata almaq, izləmək və cavablamaq
- Öz xahişi ilə işdən çıxışı nəzərdə tutulan işçilərin qüvvədə olan intizam araşdırmasının olub-olmadığını yoxlamaqla çıxış sorğularını vaxtında cavablamaq
- İşçi şikayətlərini qəbul etmək, araşdırmaq, ehtiyac olduqda görüşlər keçirmək və problemlərin qısa zamanda həlli üçün mümkün addımlar atmaq
- İntizam pozuntularının kök səbəblərini araşdırmaq, gələcəkdə təkrarlanmasının qarşını almaq məqsədilə market əməkdaşları və aidiyyəti şöbə nümayəndələri (baş ofis, distribusiya mərkəzi) ilə görüşlər keçirmək və təkliflər vermək
- İntizam tənbehinin verilməsi haqqında və digər sənədləri (əmrlər, məktublar, bildirişlər və s.) ədəbi dilin orfoqrafik normalarına əmək etməklə tərtib etmək, elektron bazaya daxil etmək və qeydiyyatını aparmaq
- Tərtib edilmiş əmrlərin işçilərə vaxtında imzaladılması, qeydiyyatı və arxivləşdirilməsini təmin etmək
- Xəbərdarlıq bildirişlərini tərtib etmək, aidiyyəti işçilərin bildirişlə tanış olmasını təmin etmək, həmin bildirişləri arxivləşdirmək
- İntizam xətası səbəbindən əmək müqaviləsinə xitam verilməsi qərarı alınan işçilərin müqaviləsinə AR Əmək Qanunvericiliyinə uyğun olaraq xitam vermək və bununla əlaqəli bütün işləri icra etmək
- Mediasiya təşkilatları və DƏMX-dən daxil olan intizam məsələləri ilə əlaqəli sorğuları vaxtında və düzgün cavablandırmaq, bununla əlaqəli bütün işləri icra etmək (Mediasiya sessiyasında iştirak, barışıq sazişi əsasında qəbul edilən razılaşmaların icrası və s.)
- Əlaqəli şöbələr və rəhbərlik tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq hazırlamaq və təqdim etmək
- Dövri olaraq intizam pozuntuları ilə bağlı statistikanı əks etdirən hesabat və təqdimatlar hazırlamaq, uyğunsuzluqların azaldılması məqsədilə ərazi marketləri üzrə menecerlərlə görüşlər keçirərək statistikanı təqdim etmək
- Şirkətdaxili intizam qaydaları, siyasət və əməliyyat prosedurlarının mütəmadi yenilənməsi məqsədilə təkliflər vermək, düzəlişlər edərək rəhbərliyə və əlaqəli şöbələrə təqdim etmək
Vəzifəyə dair tələblər
- İnsan Resursları sahəsində 2 ildən çox iş təcrübəsi
- Əmək Qanunvericiliyi üzrə yetərli biliklər
- Azərbaycan dili üzrə səlis şifahi və yazılı ünsiyyət (leksik və qrammatik normalara riayət etmək)
- MS Office proqramlarında işləmək bacarığı
- Güclü ünsiyyət və komanda ilə iş
- Araşdırma, detallara qarşı diqqətlilik və qərarvermə bacarıqları
- Vaxtın düzgün idarə edilməsi
Maraqlanan namizədlər email ünvanına “Əmək münasibətləri üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.