Azerbaijan SuperMarket
Ehtiyatlara nəzarət üzrə supervayzer (MA)
Son tarix 04 may 2024 - [email protected]
İş yeri: Logistika və Distribusiya Mərkəzi, Lökbatan
Hesabat verir: Logistika və Distribusiya proseslərinin inkişafı üzrə şöbə rəhbəri
Vəzifə öhdəlikləri:
- Mərkəzi anbar və mağazalar arasında həyata keçirilən çatdırılmalarda yaranan stock problemlərinin araşdırılması və tərəfləri əsaslandırılmış şəkildə məlumatladırmaq;
- Mərkəzi anbarın stock göstəricilərində uyğunsuzluqların baş verməsinin qarşısının alınması məqsədi ilə mütəmadi yoxlanış prosesinin icrası və nəticələrini əlaqədar rəhbər şəxslərlə paylaşmaq;
- İnventarizasiya prossesinə və ehtiyat mallarının son istifadə tarixinin yoxlanılmasına ümumi nəzarəti həyata keçirmək;
- İş qrafiklərinin qurulması və ehtiyata nəzarət üzrə məsul əməkdaşlar arasında iş yükünün düzgün bölüşdürülməsini təmin etmək
- Görülən işlər və aşkarlanan problemlər barədə rəhbərliyə gündəlik hesabat vermək;
- Yararsız və istifadə müddəti bitmiş malların atılması prosesini təşkil etmək və prossesə nəzarət etmək;
- Yoxlama və inventarizasiya üçün tələb olunan siyahı və cədvəlləri məsul əməkdaşlarla bölüşmək;
- Tabeliyində olan əməkdaşların işinin təhlükəsizlik və SƏTƏM qaydaları çərçivəsində təlimata uyğun şəkildə aparılmasına nəzarət etmək;
- Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək;
- İş sahəsinin, cihaz və avadanlıqların təmizliyinə və SƏTƏM qaydaları çərçivəsində istifadə edilməsinə nəzarət etmək və tabeliyində olan işçiləri mütəmmadi olaraq təhlükəsizlik və SƏTƏM qaydaları üzrə təlimatlandırmaq;
- Rəhbərliyin tapşırığı ilə əlavə SƏTƏM təlimatlarına ehtiyac olmayan vəzifəyə uyğun digər işləri həyata keçirmək;
Vəzifə üzrə tələblər:
- Logistika, biznesin idarə edilməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
- Logistika və Distribusiya sahəsində minimum 1 il iş təcrübəsi.
- Logistika və Distribusiya sahəsində mükəmməl biliklər.
- MS Office programlarında mükəmməl biliklər.
Bacarıqlar:
- Müştəri yönümlülük
- Effektiv ünsiyyət qurmaq
- Stres tolerantlığı
- Detallara diqqətli olmaq
- Analitik düşüncə bacarığı
- Liderlik
- Hesabatlılıq