Azerbaijan SuperMarket
Rəqəmsal marketinq üzrə mütəxəssis
Son tarix 16 iyl 2023 - [email protected]
Şöbə: Marketinq
Yerləşmə: Baş ofis
Vəzifə öhdəlikləri:
- Rəqəmsal kanallarda reklam kampaniyalarının yaradılması, mövcud reklamların optimallaşdırılması (Meta Ads, Google Ads)
- Düzgün hədəf auditoriyalarının təyin edilməsi, kampaniyaların optimallaşdırılması, A/B testlərin edilməsi və nəticələrin analizi
- Meta Pixel, Google Analytics, Google Tag Manager və s. ilə işləmək, məlumatların analizi və nəticələrlə bağlı hesabatların hazırlanması
- Google My Business hesabının idarə edilməsi və həmçinin digər xəritələrdə marketlərin yerləşdirilməsinin, məlumatlarının yenilənmiş olmasının təmin edilməsi
- Bravonun rəsmi vebsaytı üzrə SEO işlərinin aparılması, saytdakı məzmunun daim yenilənmiş olmasını təmin edilməsi
- Bravonun e-ticarət vebsaytı üzrə SEO işlərinin aparılması, saytın satışa yönümlü reklamlarının edilməsi
- Email marketinq kampaniyalarının tərtib edilməsi
- Waze platforması üzrə reklam kampaniyalarının tərtib edilməsi
- Rəqəmsal marketinqdə trendlərin, yeniliklərin izlənməsi və tətbiq edilməsi
- Rəqəmsal marketinqin bütün platformalar fəaliyyətinin daha da yaxşılaşdırılması üçün məzmun təkliflərinin edilməsi
Vəzifə üzrə tələblər:
- Rəqəmsal marketinq sahəsində 2 ildən artıq iş təcrübəsi
- Google ads və SEO biliklərinə üstünlük veriləcəkdir
- Rəqəmsal data analitikasının aparılması üzrə iş təcrübəsi (Google Analytics, Semrush, Data Studio və s.)
- Araşdırma, yaradıcılıq, təşkilatçılıq, komanda ilə işləmə bacarıqlarının olması
- Azərbaycan dilində mükəmməl danışma və yazma qabiliyyətinin olması (İngilis dili biliyi əlavə üstünlükdür)
Maraqlanan namizədlər email ünvanına “Rəqəmsal marketinq üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər. Müraciətə yenilənmiş CV və Portfolio mütləq şəkildə əlavə olunmalıdır.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.