Azerbaijan SuperMarket
Nəqliyyatın İdarəedilməsi Sistemi (NİS) üzrə Supervayzer
Son tarix 19 iyn 2023 - [email protected]
İş yeri: Paylama Mərkəzi, Lökbatan
Vəzifə öhdəlikləri:
- TMS Texniki Məlumatların Yönləndirilməsi: TMS proqramının istifadəsi, texniki problemlərin həll edilməsi və yenilənmələrin idarə edilməsi üzrə məsuliyyət daşımaq.
- TMS komandasının idarə edilməsi, root (hərəkət) planlarının hazırlanması və təlimlər vasitəsi ilə işçilərin təkmilləşdirilməsinə köməklik göstərmək.
- İşçilərin tədbir planlarının icrasını izləmək və həyata keçirilməsini təmin etmək, müxtəlif texniki işləri həyata keçirmək və keyfiyyətli işin gözləntilərə cavab verməsini təmin etmək.
- TMS proqramının istifadəsinin yenilənməsi, yeniliklərin əməkdaşlara təqdim edilməsi və buna dair məlumatların idarə olunması üçün məsuliyyət daşımaq.
- TMS proseslərinin təkmilləşdirilməsi və effektivliyinin artırılması üçün fəaliyyət göstərmək, məlumatların analiz edilməsi və layihələrin hazırlanması.
- Market sorğularını qəbul etmək, onların problemlərinə köməklik göstərmək və tənzimlənmələrin təmin edilməsi üçün əlaqələri idarə etmək.
- Komandanın və müştərilərin məlumatlarına əsasən proseslər üzrə hesabatların hazırlanması və idarə edilməsi.
- Hərəkət planlarının hazırlanması, icrasının izlənməsi
Vəzifə üzrə tələblər:
- Logistika, biznesin idarə edilməsi, mühəndislik və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
- Oxşar sənayedə nəqliyyat sahəsi üzrə supervayzer olaraq 3-5 il iş təcrübəsi.
- Nəqliyyat sənayesi və logistika sahəsində mükəmməl biliklər.
- Nəqliyyat idarəetmə sistemləri (TMS) ilə iş təcrübəsi
- Nəqliyyatın sahəsi üzrə qanun və qaydalara dair biliklər
Bacarıqlar:
- Problemləri həll etmək
- Müştəri yönümlülük
- Effektiv ünsiyyət qurmaq
- Münasibətlərin qurulması
- Stres Tolerantlığı
- Təşkilatlılıq bacarığı
- Detallara diqqətli olmaq
- Qərar qəbul etmək bacarığı