Azfar Med
Tender Təchizatı üzrə Mütəxəssis (Tibbi Ləvazimat)
Son tarix 27 fev 2023 - [email protected]
Tələblər:
- Ali iqtisadi təhsil;
- Satınalma və təchizat sahəsində 3 illik iş təcrübəsi;
- Dərman və tibbi ləvazimatların sahəsində biliklər;
- Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi;
- Yüksək səviyyədə MS Excel, MS Word proqramlarıı üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Xarici şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
- Sifariş üzrə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
- Sifariş olunan məhsulların qeydiyyatına və digər sənədlərə nəzarətin edilməsi;
- Təchizatçılarla öncədən razılaşdırılmış şərtlər əsasında müqavilələrin bağlanması;
- Təchizatçılarlardan alınan qaimələr əsasında ödənişlərin edilməsinə nəzarət edilməsi;
- Malların vaxtında çatdırılmasına, yük sənədlərinin düzgün hazırlanmasına və malların optimal surətdə daşınmasına nəzarət.
İş şəraiti:
- İş yeri: Vurğun Residence
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir ( 1500-2000 manat )
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində vakansiyanın adını “Tender Təchizatı üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.