Azerbaijan SuperMarket
Əmlak məsələləri üzrə peşakarlar
Son tarix 16 yan 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Həftəlik plan və seçilmiş sahəyə görə yeni məkanın axtarılması;
- Nəzərdə tutulmuş meyarlara uyğun olaraq ilkin seçim üçün məkanın gəzərək araşdırılması;
- Əmlak sahibi ilə danışıqların aparılması (qiymət\kv.m\müqavilə şərti\məsuliyyət və s.);
- Rəhbər heyətə ilkin seçimlə bağlı təqdimatların edilməsi;
- Sənədlərin düzgün yoxlanılması və yoxlama siyahısına uyğun olaraq Rəhbərə təqdim edilməsi;
- Yerin təslim üçün hazırlanması və yekun imzaların alınması;
- Təyin edilmiş digər vəzifələr.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Şəxsi avtomobil və aktiv sürücülük vəsiqəsi;
- Danışıqlar aparmaq və şəxslərarası münasibət üzrə mükəmməl bacarıqlar;
- Təqdimat bacarıqları;
- MS Ofis proqramları (xüsusilə MS Excel və MS Powerpoint) üzrə biliklərə sahib olmaq.
Maraqlanan namizədlər email ünvanına "Əmlak məsələləri üzrə əməkdaş" başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Azərbaycan Supermarket” MMC-nin iş elanları yalnız Jobsearch.az saytında dərc edilir.