Azerbaijan SuperMarket
Kateqoriya üzrə kiçik mütəxəssis
Son tarix 12 yan 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- İstehsalçı və distribyutorlarla kommersiya danışıqlarının aparılması;
- Məhsul portfeli ilə bağlı analitik hesabatların hazırlanması;
- Təqdim edilmiş marketinq planına əsasən təchizatçı şirkətlərlə rüblük və illik tədbirlərin planlanması və həyata keçirilməsi;
- Yeni məhsullar və məhsul qrupları barədə qərarların icrasının həyata keçirilməsi;
- Təchizatçıların hesab-fakturalarının məqbulluğunun təsdiq edilməsi;
- Məsul olduğu məhsul qrupun günlük satış və qazanc performansının izlənilməsi və lazımi tədbirlərin icra edilməsi;
- Marketinq planına əsasən təqdim edilmiş məhsul təkliflərinin mağazalar daxilində sərgilənməsinə nəzarət etmək;
- Rəqib şirkətlərin fəaliyyətinin izlənməsi və situasiyaya uyğun adekvat tədbirlərin təşkil edilməsi;
- Qiymət dəyişikliklərinin planlanması və həyata keçirilməsi;
- Görülən işlər və planlanan fəaliyyət barədə Kateqoriya üzrə menecerə həftəlik təqdimatın edilməsi
Namizədə dair tələblər:
- Ali iqtisadi təhsil (Biznesin idarə edilməsi, Kommersiya və ya əlaqəli müvafiq sahədə);
- Pərakəndə ticarət sektorunda ən azı 1 il kateqoriya üzrə iş təcrübəsi;
- İngilis və Rus dilləri üzrə orta səviyyədə biliklər;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Yaxşı inkişaf etmiş ünsiyyət bacarıqları və müştəri yönümlülük;
- Analitik düşünmə qabiliyyəti;
- Hesabatların hazırlanması və təqdim edilməsi bacarığı;
- Bazar araşdırması, məlumatların təhlili və proqnozlaşdırma üsulları ilə tanışlıq;
Maraqlanan namizədlər email ünvanına “Kategoriya üzrə kiçik mütəxəssis " başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.