Azerbaijan SuperMarket
Xərclərə nəzarət üzrə kiçik mütəxəssis
Son tarix 05 noy 2022 - [email protected]
Yerləşmə: Baş Ofis
Şöbə: Təchizat və Layihə xərclərinə nəzarət.
Vəzifələr öhdəlikləri:
- Yeni açılmış tikinti layihələrin büdcə hesabatlarını yoxlamaq və bağlamaq.
- Xərclərlə bağlı müvafiq sənədləri yoxlamaq.
- Xərclərlə bağlı müvafiq hesabatların hazırlanmasına dəstək olmaq.
- Tikinti müqavilələrini hazırlamaq.
- Sifarişlərin / sertifikatların / təkliflərin qeydlərini aparmaq və onları qeydiyyata salmaq.
- Podratçılardan gələn təklifləri yoxlamaq, müqayisə və təhlil etmək.
- Tikinti layihələri üçün təxmini büdcə planını hazırlamaq.
Vəzifə üzrə tələblər:
- Maliyyə və ya bənzər sahədə ali təhsil.
- Müvafiq və ya bənzər sahədə azı 6 aylıq təcrübə.
- Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərə sahib olmaq. Rus dili üzrə biliklər arzuolunandır.
- Komandada işləmək bacarığı.
- Təhlil, təcrübə, təşkilati və mühakimə bacarıqlarına əsaslanan dəqiq qərarlar qəbul etmək bacarığı.
- Analitik düşünmə bacarığı.
- Sərbəst işləmək bacarığı.
- Microsoft Office (Word, Excel üzrə biliklər mütləqdir) kimi kompüter bacarıqlarına malik olmaq.
Maraqlanan namizədlər email ünvanına "Xərclərə nəzarət üzrə kiçik mütəxəssis" başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.