Solart
Satış üzrə mütəxəssis
Son tarix 24 iyl 2023 - [email protected]
Vacib tələblər:
- 25-40 yaş;
- Satış etmə bacarığı;
- Satış təcrübəsi ən azı 2 il olmalıdır;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi arzu olunandır;
- Aktivlik, çeviklik, ünsiyyət bacarığı və məsuliyyətlilik;
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı
- Analitik düşünmə qabiliyyəti
- Word və Excell proqramlarını yaxşı bilmək
Əsas vəzifə öhdəlikləri:
- Müraciət edən müştərilərin zənglərinin, sosial mediya vasitəsilə daxil olan sualların qarşılanması;
- Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulması, məhsullar haqqında ətraflı məlumatların təqdim edilməsi;
- Müştəri baza məlumatlarının toplanması;
- Satış əməliyyatlarının proqram vasitəsilə qeydiyyatı;
- Müştərilərlə sistematik şəkildə əlaqə saxlamaq, əlverişli münasibətlərin yaradılmasını təmin etmək;
- Müştərilərin əsas istəklərinin toplanıb menecerə təqdim edilməsi, təkliflərin hazırlanması
- Onlayn satış üzrə sifarişlərin təmin edilməsi
Biz Sizə təklif edirik:
- 6 günlük iş həftəsi
- İş saatı: 10:00-19:00, şənbə 10.00-15.00
- İstirahət: Bazar günü
- Əmək haqqı 650 + yüksək % bonus
Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə mütəxəssis” sözlərini qeyd edib göndərsinlər. CV-lər email ünvanına göndərilməlidir.
Vakansiya ilə bağlı şirkətə zəng etməyə ehtiyac yoxdur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.