Vakansiya: Satış üzrə supervisor
Vəzifə öhdəlikləri:
- Satıcı-kassirləri daim diqqətdə saxlamaq, rəflərin və satış ərazisinin səliqəsinə və təmizliyinə, rəflərin düzgün və nizamlı yığılmasına nəzarət etmək;
- Çalışdığı şöbənin məhsullarının satışının artırılmasında vəzifə öhdəlikləri daxilində yardımçı olmaq;
- Market meneceri olmadıqda və ya digər zəruri hallarda onu əvəz etmək və təlimatlarını yerinə yetirmək;
- Malların rəflərdəki yerinin standartlara, təyin edilmiş qiymətlərə uyğunluğunu və istifadə müddətinin artma sırasına (FİFO) mütənasib düzülüşünü təmin etmək;
- Zədələnmiş, yararsız, texniki göstəriciləri silinmiş və ya istifadə müddəti bitmiş məhsullar aşkar etmək, rəflərdən qaldırmaq və məsul şəxsi məlumatlandırmaq;
- Oğurluq hallarına qarşı ayıq olmaq və market daxilində hər hansı şübhəli hərəkət barədə mühafizə əməkdaşlarına və ya məsul şəxsə məlumat vermək;
- Məhsulları daxili anbardan SƏTƏM qaydaları çərçivəsində təhlükəsiz şəkildə satış ərazisinə gətirmək;
- Müştərilərin məhsullar barədə hər növ suallarını dəqiq və düzgün cavablandırmaq;
- İstədikləri məhsulları tapmaqda müştərilərə kömək etmək, onları rəflərə kimi müşayiət etmək və ya lazım gəldikdə əlaqədar işçiyə yönləndirmək;
- Marketin anbarında ərazinin təmizliyinə riayət etmək;
- İş ərazisinin, cihaz və avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək və avadanlıqları texniki istifadə qaydalarına uyğun istifadə etmək;
- Müstəsna xidmət göstərmək məqsədilə daim səliqəli, şirkət tərəfindən verilmiş uniformada (təmin olunmadıqda ağ-qara geyimli formada) olmaq, alıcılara təlimata uyğun gülərüz, yardımsevər, nəzakətlə yaxınlaşmaq və yola salmaq;
- Lazım gəldikdə rəhbərliyin göstərişi ilə marketlərdə əlavə SƏTƏM qaydaları tələb olunmayan müxtəlif tapşırıqları həyata keçirmək;
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
- Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək;
- İş yükünün kassalar arasında bərabər paylanmasına nəzarət etmək, müştəri izdihamına uyğun olaraq təcili tədbirlər görmək
- Müştərinin qəbulu və yola salınması zamanı müştəriyə hər cür lazımi köməklik göstərmək;
- Müştərilər tərəfindən satın alınmış malların qaytarılması və ya dəyişdirilməsi prosesini həyata keçirmək;
- Müştərilər tərəfindən gələn şikayətləri və narazılıqları səlahiyyət daxilində həll edə bilmədikdə məsul şəxslərə yönləndirmək;
- Satıcı-kassir olmadıqda və ya həddindən artıq iş zamanı satıcı-kassir vəzifələrini icra etmək;
- İş ehtiyaclarını qarşılamaq üçün yetərli kassa sayının olmasını təmin etmək;
- İş zamanı bütün diqqət və aktivliyini işə yönəltmək və müştəri məmnuniyyətinə nail olmaq üçün komanda işinə töhfə vermək;
- Kassa cihazlarının, avadanlıqlarının texniki vəziyyətini və kassa ərazisinin təmizliyini nəzarətdə saxlamaq;
- İş qrafikinin başlanğıcında və sonunda pul qutusunun (float) təhvil və təslim prosesini həyata keçirmək;
- Alış-veriş səbətlərinin və arabaların təyinatı üzrə yerləşməsinə ümumi nəzarət etmək;
- Kassa çekləri və alış-veriş paketlərini sifariş vermək;
- Rəhbərliyin göstərişi ilə əlavə SƏTƏM təlimatları tələb etməyən digər işləri həyata keçirmək;
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
- Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək;
- Pulları təhvil-təslimə gəlmiş satıcı-kassir ilə birlikdə saymaq və satılmış malların dəyəri ilə uyğunluğunu yoxlamaq və əmin olmaq, hər hansı uyğunsuzluq olduqda qeydlər aparmaq və məsul şəxsə məlumat vermək;
- Hər növbənin başlanğıcında və iş zamanı kifayət qədər xırda pulun olduğundan əmin olmaq;
- Avadanlıqlardan və sayma mexanizmlərindən verilən göstərişlərə əsasən düzgün şəkildə istifadə etmək;
- Hər növbənin başlanğıcında müştərilərə xidmət göstərən xəzinədarlara ""float"" açmaq və boş ""float""ları doldurmaq;
- İş ərazisinin, cihaz və avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək;
- Rəhbərliyin göstərişi ilə əlavə SƏTƏM təlimatları tələb etməyən digər oxşar işləri həyata keçirmək;
- Sistemdə problem yaranarsa baş ofisin müvafiq şöbə əməkdaşlarına və ya məsul şəxsə məlumat vermək;
- Arxa ofisdəki seyfə görə maddi məsuliyyət daşımaq;
- İş qrafikinin başlanğıcında və sonunda pul qutusunun (float) təhvil və təslim prosesini həyata keçirmək;
- Ehtiyac yarandıqda rəhbərliyin göstərişi ilə müştərilərə kassa əməliyatları ilə bağlı xidmət göstərmək;
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
- Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək;
- İşçilərə təlim keçmək və motivasiya etmək ilə bütün işçilərə potensialını və şirkətə olan töhfəsini artırmasında imkan yaratmaq;
- Birbaşa tabeçiliyində olan işçilərin vəzifə funksiyalarının təsvirləri və öhdəlikləri haqqında dərin biliyə malik olmaq;
- İş və prosesləri idarə etmək;
- Tələb olunan fəaliyyət standartlarını və hədəfləri qarşılamaq;
- Davamlı inkişafın yaradılmasında rəhbərliyə yaxından köməklik etmək;
- Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək.
Namizədə dair tələblər:
- Orta təhsil;
- Satış və idarəetmə sahəsində iş təcrübəsinin olması;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq;
- Yüksək təşəbbüskarlıq və dinamik işə meyillilik, aktivlik, satış bacarığı və səbrlilik;
- Azərbaycan dilində səlis danışıq;
- Rus və ingilis dili bilikləri üstünlükdür
- Təhlil etmək, problemləri zamanında həll etmək, qərar qəbul etmək və komanda şəklində işləmək bacarığı;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Müştərini əldə etmək, müştərilər tərəfindən gələn etirazları səbrlə dinləmək, qarşılamaq və onları məmnun etmək bacarığı;
- Yaxşı səviyyədə komputer istifadəçisi;
- Ofis proqramlarından sərbəst istifadə bacarığı;
- Liderlik keyfiyyətləri
Maraqlanan namizədlər [email protected] email ünvanına “Satış üzrə supervisor” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.