BrandMart QSC
Kateqoriya planlama üzrə menecer
Son tarix 06 noy 2022 - [email protected]
Vəzifə funksiyaları:
- Marka və məhsul performansını müşahidə edərək təhlil etmək;
- Mağazalar arası stok qalığının hərəkatının tənzimlənməsi;
- İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
- Mağazalarda ehtiyac və tələblərin təyin olunması, effektiv satış üçün mağazalara düzgün mal paylanılmasını təmin etmək;
- Mal kateqoriyaları üzrə planlamanın həyata keçirilməsi;
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək;
- Bazar təhlilinin (benchmarking, bazar iştirakçılarının təhlili) aparılması;
- Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanmasında dəstək olmaq.
Tələblər:
- Riyazi və analitik düşünmə qabiliyyəti
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı
- Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə
- Satış əməliyyatları və prosesləri haqqında dərin biliklər
- Excel biliklərinin yüksək səviyyədə olması
- Minimum 3 il kateqoriya idarə etmə və planlama iş təcrübəsi
- Yaş həddi: 25-45 yaş aralığı
- Əməkhaqqı: 1000-1200
- İş saatı: 9:00-18:00