BOA Agency
Sistem və Şəbəkə İnzibatçısı
Son tarix 04 sen 2026 - [email protected]
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
- Korporativ şəbəkənin (200+ istifadəçi) texniki dəstəyi və idarə edilməsi;
- Şəbəkə İnfrastrukturu: Fortinet (FortiGate) və Cisco (Core səviyyəsində, Stack, VLAN, L2/L3) avadanlıqlarının, Ubiquiti (UniFi) simsiz şəbəkə sistemlərinin konfiqurasiyası və idarə edilməsi;
- Server və Virtualizasiya: HP ProLiant (Gen8, Gen10, Gen11) serverlərinin, MSA yaddaş sistemlərinin, VMware (vCenter, ESXi) mühitinin dəstəklənməsi;
- VDS (Virtual Desktop Server) və virtual mühitlərin idarə edilməsi;
- Əməliyyat Sistemləri: Windows Server (AD, DNS, DHCP, GPO) və Linux (PHP əsaslı tətbiqlər, tabus) inzibatçılığı;
- VPN və Şəbəkə Təhlükəsizliyi: Baş ofislə filiallar, ödəniş sistemləri (MilliÖn, eManat) və tərəfdaşlarla IPSec VPN tunellərinin qurulması. İki fərqli ISP üzərindən ehtiyat (failover) kanallarının təmin edilməsi;
- Telefoniya (VoIP): 3CX sisteminin idarə edilməsi, SIP trankların sazlanması (Genesis sistemi üzrə anlayış mütləqdir) ;
- Təhlükəsizlik və Müşahidə: Dahua IP kameraların, NVR və DVR sistemlərinin quraşdırılması və şəbəkəyə inteqrasiyası;
- Gündəlik dəstək və Monitorinq: Zabbix/PRTG monitorinqi, məlumatların ehtiyat nüsxələnməsi (Backup). Şəbəkə kabel sistemlərinin (SKS) təşkili və istifadəçilər üçün texniki problemlərin həlli (Windows 10/11).
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- İT sahəsində (şəbəkə, sistem administrasiyası) minimum 2 il iş təcrübəsi;
- Rus və ingilis dili biliyi (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
- Cisco, Fortigate, Windows Server, ESXi, VDS, MSA, HP Server üzrə dərin biliklər.
- TCP/IP, UDP, HTTPS kimi şəbəkə protokolları ilə iş təcrübəsi;
- Skript yazma (PowerShell, Bash) və avtomatlaşdırma bacarığı;
- Sertifikatların (Cisco CCNA, Fortinet NSE4, VMware, Microsoft MTA/MCSA, Linux+) olması üstünlükdür;
- Yüksək dərəcədə ünsiyyət, analitik düşüncə və problemləri sürətli həll etmə bacarığı.
Sizə nə təklif edirik?
- Əmək haqqı: 1500 AZN;
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- İş qrafiki: həftə içi 5 gün, 09:00-18:00 (Bazar ertəsi - Cümə);
- Şənbə və bazar istirahət.
Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 4. mkr., Mir Cəlal küç.36D. (012) 310 39 21














