Blue City Yaşayış Kompleksi
İş icraçısı
Son tarix 28 iyn 2024 - [email protected]
İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev 7 ( Bakı Mühəndislik Universitetinin yanı)
Əmək haqqı: 1200-1500 AZN (namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin ediləcəkdir)
İş şəraiti:
- 6 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat:
- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
- Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
- İşlərin layihəyə uyğun yerinə yetirilməsini təmin etmək;
- İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq;
- Smeta sənədlərini hazırlanması üçün ümumi tikinti işlərinin həcmini təhlil etmək və və hesablamaq;
- Cari və baza qiymətləri ilə smeta tərtib etmək;
- Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək,
- Podratçılar tərəfindən görülmüş işlərə nəzarət etmək;
- Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir
- Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir
Tələblər:
- Ali təhsilli (inşaat mühəndisi);
- Tikinti materiallarının növləri və xüsusiyyətlərini bilməli;
- Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
- Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli;
- Layihələri oxumağı və təhlil etməyi bilməli;
- Azərbaycan dilini bilməli;
- Bu sahə üzrə 5 il iş təcrübəsi olmalı;
- MS Office ( Word, Excell), Auto Cad proqramlarında işləmək bacarığı olması arzuolunandı;
- Yaş həddi 35-55;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- İşçilərə doğru təlimat verməli və idarəçilik bacarığı;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni e-mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İş icraçısı” Mövzu bölməsində göstərin.