Banner

Vakansiyalar

"Bizim Market"ə işçi lazımdır - VAKANSİYA

"Bizim Market"ə işçi lazımdır - VAKANSİYA | FED.az
20:39 24 Fev 2021

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Marketinq Mütəxəssisi

Namizədə olan tələblər

• Marketing sahəsi üzrə 2 il iş təcrübəsi (retail sahəsində təcrübə olması üstünlükdür)
• Marketinq Kommunikasiya biliklərinə sahib olmaq
• Marketinq sahəsində ümumi digital biliklərə sahib olmaq

Vəzifə üzrə tələblər

• Şirkətin marketinq strategiyasına uyğun marketinq fəaliyyətinin icrası
• Şirkətin əməkdaşlıq etdiyi agentliklərlə şirkət arasındakı kordinasiyanı qurmaq
• Marketinq kommunikasiya planlarının hazırlanmasında iştirak etmək
• Trade Marketinq kampaniyaların hazırlanmasında iştirak etmək
• Dövri marketinq analizlərinin edilməsi və hesabatların hazırlanması
• Marketinq və satış analizlərinin edilməsi

İş şəraiti

• 5 günlük iş həftəsi
• Nahar xərcləri ödənilir
• Əmək haqqı razılaşma yolu ilə

Vakansiyaya müraciət üçün CV-ləri “Marketinq Mütəxəssisi” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Banner

Digər xəbərlər