Bizim Market
Sayım üzrə mütəxəssis
Son tarix 15 avq 2022 - Müraciət et
Namizədə olan tələblər:
- Dəqiqlik, məsuliyyətlilik və dürüstlük;
- Rizayi biliyi və məntiqi təfəkkürü olmalı;
- Pərakəndə sektorunda təcrübəli olmalı;
- Komanda ilə işləmək qabiliyyəti;
- Səbrli və nəzakətli;
- İşgüzar və hədəfyönlü;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş haqqında məlumat:
- Sayıma hazırlıq prosesində iştirak etmək;
- Sayım prosesinin özündə iştirak etmək;
- Oğurluq, mal əksikliyi və bu kimi mənfi halların aşkar olunması;
- Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq.
İş şəraiti:
- 6 günlük iş həftəsi (ayın müəyyən günləri gecə növbəsi);
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı 400 AZN+bonus.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.
Bizim Market
Əmək haqqı hesablanması üzrə mühasib
Son tarix 15 avq 2022 - Müraciət et
İş haqqında məlumat:
- Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması;
- İşçilərin əmək haqqılarının hesablanması və mühasibat uçotunda əks etdirilməsi;
- Əmək haqqı ilə bağlı DSMF, Statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi;
- Online kargüzarlıq və e-qaimə portallarında işlərin görülməsi;
- Təhtəlhesab şəxslərlə hesablaşçalarının sənədləşdirilməsi və uçotda əks etdirilməsi;
- Müqavilələrin reestrinin aparılması və s.
Namizədə olan tələblər:
- Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi;
- Word və Excel proqramlarını bilməli;
- 1C proqramında işləmə bacarmalı;
- Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
- Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır.
Təminatlar:
- Əmək haqqı 800 AZN +
- Nahar yeməyi təmin edilir
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.
Bizim Market
E-commerce üzrə kontent meneceri
Son tarix 15 avq 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Sayta şəkilləri, məhsulları və digər məlumatları əlavə edib, redaktə etmək;
- Website developerlərlə komanda halında işləmək;
- Saytın funksionallığını və səmərəliliyini artırmaq məqsədi ilə developer qarşısında düzgün tapşırıqları təyin etmək;
- Düzgün brif vermək;
- Saytı təkmilləşdirmək üçün Google Analitycs-də məlumatların təhlilini etmək;
- Saytı daimi monitorinq etmək;
- Saytların hazırlanma prosesində iştirak etmək.
Tələblər:
- Ali Təhsil;
- Kontent menecer kimi minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlist yaza bilmək bacarığı;
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) ;
- Mətnin üzərində işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Problemlərin aşkar edilməsi və həlli yollarını tapmaq bacarığı;
- İngilis dili və rəqəmsal marketinq bilikləri olanlara üstünlük verilir.
Şəxsi keyfiyyətlər:
- Detallara diqqətli
- Məsuliyyətli
İş şəraiti:
- 5 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı razılaşma yolu ilə.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq, vakansiyaya müraciət edə bilərlər.
Bizim Market
Kassir
Son tarix 15 avq 2022 - Müraciət et
İş haqqında məlumat:
- Müştərilərə etiket qaydalarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək;
- Müştərilərdən nəğd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nəğd ödənişləri həyata keçirmək;
- Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal çeklərini aidiyyatı üzrə təhvil vermək.
Namizədə olan tələblər:
- Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
- Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı;
- Riyazi bilik.
İş şəraiti:
- 6 günlük növbəli iş qrafiki;
- Şirkət hesabına nahar;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Əmək haqqı 350 manat.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.
Bizim Market
Satış məsləhətçisi (Novas Home)
Son tarix 15 avq 2022 - Müraciət et
İş haqqında məlumat:
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və düzgün məlumat vermək;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.
Namizədə olan tələblər:
- Dürüstlük, dəqiqlik və satış qabiliyyəti;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Çevik, aktiv, gülərüz və məsuliyyətli;
- Müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
- 6 günlük növbəli iş qrafiki;
- Şirkət hesabına nahar;
- Əmək haqqı 343 AZN + bonus;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Karyera yüksəlişi imkanı.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.
Bizim Market
Nəzarətçi
Son tarix 15 avq 2022 - Müraciət et
İş haqqında məlumat:
- Nəzarətçi mağazaya daxil olan müştəriləri qəbul edir, hal-hazırda pandemiya ilə əlaqədar olaraq müştərilərin hərarətlərini ölçür və tibbi maskadan düzgün istifadə etməsinə nəzarət edir;
- Müştərilərin iri çanta ilə satış salonuna daxil olmasına icazə vermir;
- Satış salonunda baş verən qanun pozuntularının qarşısını alır;
- Kassirlərin düzgün işləməsinə nəzarət edir;
- Müştərilərin aldığı malların qaytarılmasında iştirak edir;
- Müştərilərin aldıqları məhsulun kassa nəzarətindən yayınmamasının qarşısını alır;
- Müştərilərin mağazada unutduğu məhsulları və yaxud əşyaları jurnalda qeyd edib mağaza administratoruna təhvil verir;
- Mağazanın açılışında və bağlanmasında iştirak edir
Namizədə olan tələblər:
- Dürüstlük, dəqiqlik və çeviklik;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Məsuliyyətli, nizam-intizamlı olmalıdır;
- Hərbi mükəlləfiyyətli;
- Yaş həddi: 20 – 35 yaş;
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq;
- Nəzarətçi vəzifəsində iş təcrübəsi arzu olunandır
İş şəraiti:
- 6 günlük növbəli iş qrafiki;
- Şirkət hesabına nahar;
- Rəqabət yönümlü əmək haqqı;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Karyera yüksəliş imkanı.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.