Satış müdiri
Son tarix 07 fev 2022
Vəzifə öhdəlikləri:
-
Satış strategiyasının hazırlanması və tətbiqi üçün lazımi tədbirlərin planlaşdırılması;
-
Bazar araşdırmaları, məhsul və satış təhlili;
-
Yeni satış vasitələrinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması (Korporativ satış, SMM, Loyallıq planı və s.);
-
Əməkdaşlıq üçün yeni müştərilərin cəlb olunması üzrə axtarışların aktiv şəkildə aparılması;
-
Görüşlərinin təşkil olunması, işgüzar danışıqların və yazışmaların aparılması və müqavilələrin bağlanması üzrə işlərin aparılması;
-
Müştəri məlumatlarının toplanması, CRM sisteminin qurulması;
-
Müştəri ehtiyaclarını öyrənmək üçün bazar və müştəri analizlərini etmək;
-
Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsi müvafiq təkliflər vermək;
-
Biznesin İnkişafı üçün layihələr hazırlamaq və təkliflər vermək;
-
Reklam, ictimaiyyətlə əlaqələr və digər kommunikasiya vasitələrindən yararlanaraq sistemi idarə etmək;
-
Satış dövrünün tam nəzarəti;
-
Satışların təhlilini və satışın effektivliyini artırılmasına dair tədbirlər planını hazırlamaq;
-
Satış kanallarının təkmilləşdirilməsi və optimallaşdırılması;
-
Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək;
-
Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırb, problemlərin səbəblərini araşdırıb və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin həyata keçirlməsi.
Tələblər:
-
Ali təhsil;
-
Satış sahəsində minimum 5 il iş təcrübəsi;
-
Azərbaycan dilini bilmək zəruridir, Rus dili biliyi arzuolunandır;
-
B2B, B2C, Online, pərakəndə və topdan satış sahəsində iş xüsusiyyətlərinin praktiki biliyi;
-
Peşəkar danışıqlar aparmaq bacarığı;
-
Yüksək satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
-
Təhlil, problemin həlli və qərar qəbul etmə bacarığı;
-
Təşkilatçılıq, planlaşdırma qabiliyyəti və böyük məlumat həcmi ilə iş bacarığı;
-
Məsuliyyət, analitik və sisitematik düşüncə tərzi;
-
Uğurlu idarəetmə təcrübəsi və satış komandasının yaradılıb inkişaf etdirilməsi;
-
Kompüter bilikləri: MS Office proqramları.
İş şəraiti:
-
İş rejimi: I-V günlər, 09:00-18:00
-
Nahar yeməyi təmin edilir;
-
Korporativ nömrə verilir;
-
Əmək haqqı namizədin təcrübəsinə uyğun olaraq danışıq yolu ilə təyin edilir.
İnşaat mühəndisi (İş icraçısı)
Son tarix 07 fev 2022
Əmək funksiyaları:
-
Layihələndirmə üçün ilkin məlumatları yığmaq və çertyojları çəkmək;
-
Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərini düzgün təşkil etmək;
-
Tikintidə istifadə olunacaq tikinti materiallarını müəyyən etmək və zəruri tikinti materiallarını siyahı şəklində təchizat şöbəsinə yönləndirmək;
-
Binanın havalandırma, kondisioner, santexnika və elektrik sistemlərinə nəzarət etmək;
-
Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
-
Texnoloji intizama riayət etmək, tikinti norma və qaydalarını yerinə yetirmək;
-
Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərini aparmaq;
-
Görülən işlərin keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
-
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə olan tələblər:
-
Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür);
-
Qeyd olunan sahədə minimum 3 il iş təcrübəsi;
-
Azərbaycan dilini bilmək zəruridir. Rus dilini bilmək arzuolunandır;
-
Word, Excel və Autocad proqramlarını istifadəçi səviyyəsində bilməlidir;
-
Sürücülük vəsiqəsi və şəxsi avtomobil olmalıdır.
İş şəraiti:
-
6 günlük iş həftəsi;
-
Əmək haqqı 1500 manat + (namizədin təcrübə və biliklərinə uyğun olaraq)