Bizim Market
Təlim üzrə koordinator
Son tarix 29 dek 2021
Əmək funksiyaları:
- Təlimə olan tələbatın müəyyən edilməsi;
- Təlim proqramlarının hazırlanması;
- Təlim üsullarının təhlili və inkişafı;
- Təlim şirkətləri ilə əməkdaşlıq;
- Təlimlərin keçirilməsini təşkil etmək;
- İşçilərin inkişafı proqramlarında iştirak etmək;
- Təlimlə bağlı digər funksiyaları həyata keçirmək.
Tələblər:
- Ali təhsil (sosiologiya, insan resursları, menecment, psixologiya kimi sahələrdə ali təhsil arzuolunandır);
- Təlim sahəsində iş təcrübəsi ən azı 2 il;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzuolunandır;
- Ms Office (Word, Excel, Power point, Outlook) proqramlarını yüksək səviyyədə bilməli;
- Prezentasiya etmə bacarığı;
- Yüksək ünsiyyət qabiliyyəti;
- Təhlil etmə və planlaşdırma bacarığı.
Əmək şəraiti:
- 5 günlük iş həftəsi
- Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
İnsan resursları üzrə mütəxəssis
Son tarix 29 dek 2021
Vəzifə öhdəlikləri:
- Namizədlərin sənədlərini qəbul edir və yoxlayır;
- Əmək müqavilələrini hazırlayır və imzalatdırır;
- Məlumatları Dövlət elektron portalına işləyir;
- Yeni işçilərin məlumatlarını HR proqramına əlavə edir;
- İşçilərin şəxsi işlərini hazırlayır;
- Əmək müqaviləsinə dəyişikliklər edir və şəxsi işləri yeniləyir;
- İcbari sığorta ilə bağlı məlumatları mütəmadi olaraq yoxlayır, təsdiq edir və ödənilməsi üçün Maliyyə departamentinə təqdim edir;
- Aidiyyatı digər funksiyaları həyata keçirir.
Tələblər:
- Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- İnsan Resursları sahəsində iş təcrübəsi minimum 1 il;
- Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzu olunandır;
- Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
Şəxsi keyfiyyətlər:
- Ünsiyyətcil
- Detallara diqqətli
- Məsuliyyətli
İş şəraiti:
- İş rejimi: I-V günlər, 09:00-18:00
- Nahar yeməyi təmin edilir;
- Korporativ nömrə.