Satıcı
Son tarix 01 dek 2021
İş haqqında məlumat:
-
Vitrinlərin doldurulması, satışın həyata keçirilməsi;
-
Müştərilərə yüksək səviyyədə xidmət göstərmək .
Namizədə olan tələblər:
-
Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
-
Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
-
6 günlük növbəli iş qrafiki;
-
Şirkət hesabına nahar;
-
Şirkət daxili təlim və inkişaf imkanları;
-
Əmək haqqı 320 manat;
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Karyera yüksəlişi imkanı.
Kassir
Son tarix 01 dek 2021
İş haqqında məlumat:
-
Müştərilərə etiket qaydalarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək;
-
Müştərilərdən nəğd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nəğd ödənişləri həyata keçirmək;
-
Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal çeklərini aidiyyatı üzrə təhvil vermək.
Namizədə olan tələblər:
-
Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
-
Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı;
-
Riyazi bilik.
İş şəraiti:
-
6 günlük növbəli iş qrafiki;
-
Şirkət hesabına nahar;
-
Şirkət daxili təlim və inkişaf imkanları;
-
Karyera yüksəlişi imkanı;
-
Əmək haqqı 350 manat.
Təlim üzrə koordinator
Son tarix 01 dek 2021
Əmək funksiyaları:
-
Təlimə olan tələbatın müəyyən edilməsi;
-
Təlim proqramlarının hazırlanması;
-
Təlim üsullarının təhlili və inkişafı;
-
Təlim şirkətləri ilə əməkdaşlıq;
-
Təlimlərin keçirilməsini təşkil etmək;
-
İşçilərin inkişafı proqramlarında iştirak etmək;
-
Təlimlə bağlı digər funksiyaları həyata keçirmək.
Tələblər:
-
Ali təhsil (sosiologiya, insan resursları, menecment, psixologiya kimi sahələrdə ali təhsil arzu olunandır);
-
Təlim sahəsində iş təcrübəsi ən azı 2 il;
-
Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzuolunandır;
-
Ms Office (Word, Excel, Power point, Outlook) proqramlarını yüksək səviyyədə bilməli;
-
Prezentasiya etmə bacarığı;
-
Yüksək ünsiyyət qabiliyyəti;
-
Təhlil etmə və planlaşdırma bacarığı.
Əmək şəraiti:
-
5 günlük iş həftəsi
-
Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
İnsan resurslarının inkişafı üzrə mütəxəssis
Son tarix 01 dek 2021
Əmək funksiyaları:
-
Performansın qiymətləndirilməsi prossesinin həyata keçirilməsi;
-
Əməkdaşların inkişafı proqramlarının hazırlanması və koordinasiyası;
-
Vəzifə təlimatlarının tərtibi və yenilənməsi;
-
İnsan Resursları üzrə prosedur, qayda və standartların inkişaf etdirilməsi;
-
İnsan resurslarının inkişafı üçün təkliflərin hazırlanması.
Tələblər:
-
Ali təhsil (sosiologiya, insan resursları, menecment, psixologiya kimi sahələrdə ali təhsil arzuolunandır);
-
Qeyd olunan sahədə iş təcrübəsi ən azı 2 il;
-
Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzuolunandır;
-
Ms Office (Word, Excel, Power point, Outlook) proqramlarını yüksək səviyyədə bilməli;
-
Prezentasiya etmə bacarığı;
-
Yüksək ünsiyyət qabiliyyəti;
-
Təhlil etmə və planlaşdırma bacarığı.
Əmək şəraiti:
-
5 günlük iş həftəsi;
-
Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur.
İnventarlaşdırma üzrə mütəxəssis
Son tarix 01 dek 2021
Namizədə olan tələblər:
- Dəqiqlik və məsuliyyət;
- Rizayi biliyi və məntiqi təfəkkürü olmalı;
- Pərakəndə sektorunda təcrübəli olmalı;
- Komanda ilə işləmək qabiliyyəti;
- Səbrli və nəzakətli;
- İşgüzar və hədəf yönlü;
- Məsuliyyətli, dürüst;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş haqqında məlumat:
- Anbar sayımına hazırlıq prosesində və sayım prosesinin özündə iştirak etmək;
- Sayım işinin həyata keçirilməsi, oğurluq,mal əskikliyi və bu kimi mənfi halların aşkar olunması.
İş şəraiti:
- 5 günlük iş həftəsi (ay ərzində 5 gün gecə növbəsi);
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı 400-500 AZN.