Bizim Market
Baş mühasib (Aqrar sahə)
Son tarix 04 apr 2022
Əmək funksiyaları:
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq;
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl etmək;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təmin etmək;
- Dövlət büdcəsinə məcburi ödəmələri, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təmin etmək;
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
- Vergi ilə bağlı əməliyyatlar: bütün vergi hesabatlarının göndərilməsi;
- E-qaimə fakturalarının yazılması;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması;
- Bəyannamələrin hazırlanması və göndərilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
- Maliyyə hesabatlarının tərtib edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Baş mühasib və ya mühasib kimi aqrar sahədə minimum 2 il iş təcrübəsi;
- ƏDV ilə işləmə bacarığı;
- E-portal proqramı ilə işləmək bacarığı;
- 1C 8.3 proqram təminatında işləmək bacarığı.
İş şəraiti:
- 6 günlük iş rejimi;
- İş yeri: Zirə qəsəbəsi (Aqrar sahə);
- Korporativ telefon nömrəsi verilir;
- Nahar yeməyi təmin edilir;
- Əmək haqqı razılaşma yolu ilə.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.