Bizim Market supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.
Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.
Hüquqşünas
Namizədə olan tələblər:
• Ali hüquqi təhsil;
• Sahə üzrə 3 il iş təcrübəsi;
• Azərbaycan qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmaq;
• Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti, Rus dilini bilinlərə üstünlük veriləcəkdir;
• MS Office proqramlarından istifadə etmə bacarığı;
• Ünsiyyət və təqdimat bacarığı;
• Tənqidi düşüncə və təhlil bacarıqları.
İş haqqında məlumat:
• Təqdim olunan müqavilələrin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını keçirmək,digər hüquqi sənəd layihələrinə dair rəy vermək;
• Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
• Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
• Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.
İş şəraiti:
• 5 günlük iş həftəsi;
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur.
Vakansiyaya müraciət üçün CV-ləri “Hüquqşünas” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.